Azərbaycan Polşa hökumətinin ayırdığı kreditin tikinti, qida məhsullarının saxlanması sahəsində birgə layihələrin gerçəkləşdirilməsində məqsədəuyğun istifadə olunmasını təklif edir. Bu barədə iqtisadi inkişaf naziri Heydər Babayev cümə axşamı brifinqdə bəyan edib.
“Polşa Azərbaycana dövlət krediti verməyə hazırdır. Kredit güzəştli şərtlərlə verildiyindən, onun alınması mümkünlüyü bizi cəlb edir”, - deyə H.Babayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi kredit vəsaitlərinin birgə layihələrin gerçəkləşdirilməsində istifadəsini məqsədəuyğun hesab edir.
"Daha çox cəlbedici sahələr tikinti, qida məhsullarının saxlanmasının təşkililə bağlıdır. Hazırda biz bu layihələri gerçəkləşdirmək üçün Azərbaycanda tərəfdaş axtarırıq. Bu, Azərbaycan İnvestisiya Şirkəti ola bilər", - deyə nazir qeyd edib.
O vurğulayıb ki, kreditin məbləği layihə razılaşdırıldıqdan və Azərbaycanda tərəfdaş axtarışı başa çatdıqdan sonra müəyyən olunacaq.
"Təcrübə göstərir ki, Polşanın analoji kreditləri minimum $15 mln., maksimum məbləğ isə $280 mln-dur", - deyə H.Babayev əlavə edib.
O bildirib ki, kreditin alınma məsələsi və onun şərtləri hər iki ölkənin Maliyyə nazirlikləri tərəfindən işlənəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət