“Azəriqaz” QSC (qazin nəqli üzrə dövlət inhisarçisi) sisteminə qazın daxil olması 2007-ci ilin yanvar-oktyabr aylarında 4 mlrd. 978,05 mln kubmetr təşkil edib ki, bu da 2006-cı ilin analoji dövrünün göstəricisindən 3% çoxdur və dövlətə təhvil verilən qazın ümumi həcminin 66,9%-ni təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.
Eyni zamanda ARDNŞ “Azəriqaz” QSC 2 mlyd.774,6 mln. kubmetr qaz satıb. Yerdə qalan həcm Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) Azəri-Çıraq-Günəşli blokundan hasil etdiyi 1 mlrd. 017,78 mlrd. kubmetr səmt qazının, Şahdəniz yatağından hasil olunan 1 mlrd. 167, 32 mln. kubmetr qazın və qazın sərbəst satışı hüququna malik olan birgə müəssisələrin (BM) və əməliyyat şirkətlərinin (ƏŞ) hasil etdikləri 18,35 mln. kubmetr qazın payına düşür.“Azərenerji” SC göstərilən dövrdə 2 mlrd. 430,34 mln. kubmetr qaz alıb. Bu həcmdən 1 mlrd. 381,12 mln. kubmetr ARDNŞ-dən, 1 mlrd. 049,22 mln. kubmetr qaz ABƏŞ-dən alınıb.
Azərbaycan qaz emalı zavodu 2007-ci ilin yanvar-oktyabrında 15,65 mln. kubmetr qaz alıb ki, bu da ötən ilin analoji göstəricisindən 38,9% azdır. Bununla yanaşı ARDNŞ zavoda 14,28 mln. kubmetr, ABƏŞ isə 1,37 mln. kubmetr qaz verib.
Bundan başqa, «AzQazTəchizat» şirkəti ABƏŞ-dən (Azəri-Çıraq-Günəşli yataqlarının işlənilməsi üzrə operator) 5,95 mln. kubmetr səmt qazı alıb.
«AzQazTəchizat» şirkəti Bakı-Tiflis-Ceyhan neft kəmərinin nasos stansiyalrına qazın verilməsilə məşğul olur.
Qazın sərbəst satışı hüququna Anshad Petrol BM və Gobustan Operating Company (GOC) ƏŞ malikdir.
Anshad Petrol BM Neftçala, Xillə, Babzənən quru yataqlarınını işlənməsilə məşğul olur. BM ilk dəfə olaraq qazın sərbəst satışına 2004-cü ilin aprelindən başlayıb. Anshad Petrol müəssisəsi 1993-cü ildə ARDNŞ-lə Türkiyənin Atilla Dogan Petrol (ADP) şirkəti arasında yaranıb, 1995-ci ildən isə Malasiyanın Land & General Berhard şirkəti ADP-in iştirak payının 17,15%-ni almaqla layihənin iştirakçısı olub.
Gobustan Operating Company qazın sərbəst satışına 2006-cı ilin fevralından başlayıb. GOC “Cənub-Qərbi Qobustan” quru yatağının işlənməsini həyata keçirir ki, buraya 15 yataq və işlənməmiş struktur daxildir. “Cənub-Qərbi Qobustan” yatağının işlənməsi və bərpası üzrə müqavilə 1998-ci il iyunun 2-də Bakıda imzalanıb. Tərəflərin iştirak payı aşağıdakı kimi təqdim olunub: Commonwealth Gobustan Ltd. (80%), ARDNŞ - 20%. Commonwealth Gobustan Ltd.-də 37,17% Arawak Energy şirkətinə, 62,83% isə China National Petroleum Company şirkətlər qrupuna məxsusdur.
ABƏŞ-in “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsi çərçivəsində hasil etdiyi səmt qazı Azərbaycana pulsuz verilir. Bundan başqa, Azərbaycan “Şahdəniz” yatağının işlənməsi çərçivəsində də qaz alır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət