Azərbaycan hökuməti 2012-ci ilədək səhiyyə sahəsinə sərf olunacaq xərcləri ÜDM-in 4%-i səviyyəsinə çartdırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"Hazırda səhiyyə sahəsinə olan xərclər ÜDM-nin 1,2%-ni təşkil edir. Hökumət 2008-2011-ci illərdə səhiyyə sektorunun maliyyələşməsinin həcmini hər il ÜDM-yə nisbətən ən azı üç dəfə artırmağı planlaşdırır”,- deyə hökumətin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hökumətin planlarına əsasən 2012-ci ilədək dövlət xərclərinın ümumi həcmindən səhiyyə sahəsinə olan xərclər ən azı 1,5 dəfə - 7,5%-dək artırılacaq.
Mənbə qeyd edib ki, 2012-ci ilədək hökumət icbari tibbi sığortanın tətbiqi sahəsini əsaslı şəkildə genişləndirməyi planlaşdırır.
"Azərbaycan hökuməti “Səhiyyə sahəsinin maliyyələşməsi sistemində islahatların aparılması və icbari tibbi sığortanın tətbiqi” proqramını hazırlayıb. 2008-ci ildə Siyəzən rayonunda pilot qaydada icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılacaq”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, hökumətin proqnozlarına əsasən 2009-2011-ci illərdə icbari tibbi sığorta çərçivəsində xidmət göstərən dövlət tibb müəssisələrinin sayı hər il 10% artacaq. "Hökumətin planına əsasən 2012-ci ilədək əhalinin aztəminatlı təbəqəsi icbari tibbi sığorta sahəsinə cəlb ediləcək”,- deyə o əlavə edib.
Xəbər verildiyi kimi, 2008-ci ildə Azərbaycanda ÜDM 31,4 mlrd. manat, səhiyyə sahəsinə olan xərclər isə 330,3 mln. manat (dövlət investisiya proqramı çərçivəsində ayrılan vəsaitlər nəzərə alınmadan – İF) səviyyəsində proqnozlaşdırır.
2011-ci ildə Azərbaycanda ÜDM 41,4 mlrd. manat səviyyəsində proqnozlaşdırılır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət