ARDNŞ Günəşli yatağının dayazsulu hissəsində 14 N-li platformada yeni qaz-separasiya qurğusu istismara verib. Bu barədə ARDNŞ-in saytında məlumat verilir.
"Qurğunun ötürmə gücü 6,8 milyon kubmetr qaza bərabərdir. Qurğu ARDNŞ-in qaz proqramı çərçivəsində inşa edilib. Obyektin istismara verilməsi quyu məhsulunun qaz və maye fraksiyaya ayrılmasına imkan verəcək ki, bunun da nəticəsində yüksək hasilatlı qazın sualtı boru kəmərləri vasitəsilə sahilə təhlükəsiz nəqli təmin edilir", - deyə bildirilir.
Yeni qaz-separasiya qurğusu bu ilin yayında “Günəşli” yatağındakı 14 N-li platformadan “Neft Daşları”ndakı qazpaylayıcı məntəqəyədək inşa edilmiş 26 kilometrlik yüksək təzyiqli qaz kəməri kompleksinə daxildir. Kəmərə artıq 15 yüksək debitli qaz-kondensat quyusu birləşdirilib. Gələcəkdə kəmərə Günəşli yatağının digər platformalarından yeni quyular da qoşulacaq.
Günəşli yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənir. Yataq ARDNŞ-in bütün neft hasilatının 65%-ə qədərini təmin edir. Sahənin qalıq ehtiyatları 180 mln. ton neft və 65 mlrd. kubmetr qaz həcmində qiymətləndirilir.ARDNŞ-in 2006-2008-ci illər üçün qaz proqramı köhnə yataqlardan qaz hasilatının artırılmasına yönəldilib ki, bu da şirkət tərəfindən dövlətə qaz təhvilini 2008-ci ildə 8 mlrd. kubmetrə (bu, 2005-ci ilin analoji göstəricisindən 2,5 dəfə çoxdur) çatdırmağa imkan verəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət