2007-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarətində müsbət saldo $398 mln. 604 min təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,5 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
DGK-nın məlumatına əsasən, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi $9 mlrd. 241 mln. 65,6 min təşkil edib. Bu 2006-cı ilin yanvar- oktyabr aylarına olan göstəricidən 2% azdır.
2007-ci ilin hesabat dövründə ixracın həcmi $4 mlrd. 819 mln. 834,8 minə, idxal isə $4 mlrd. 421 mln. 230,8 minə bərabər olub. İxracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 7,49%, idxalın həcmi isə 4,86% artıb.
İxrac strukturunda 53,99% xam neftin, 26,84% neft məhsullarının, 1,99% meyvə-tərəvəz məhsullarının, 1,48% kimya məhsullarının, 1,45% bitki və heyvan mənşəli yağların, 1,39% alüminium və ondan hazırlanan məmulatların, 1,16% qara metal və ondan hazırlanan məmulatların, 0,49% pambıq, 0,36% spirtli və spirtsiz məhsulların, 0,13% tütün və tütün məhsullarının payına düşüb.
10 ay ərzində idxalın əsas həcmi maşın və elektrik avadanlıqlarının, o cümlədən onların ehtiyat hissələrinin (30,15%), nəqliyyat vasitələrinin (14,34%), ərzaq məhsullarının (11,68%), qara metal və onlardan hazırlanan məmulatların (11,34%), əczaçılıq məhsullarının (1,64%), səmt qazı və digər qazaoxşar karbohidrogenlərin (1,18%), xalq istehlakı mallarının (0,92%), mebel (0,56%) və digər məhsulların payına düşüb.
2007-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını Türkiyə (bütün ixracın 17,37%), İtaliya (13,24%), Rusiya (8,44%), İran (8,11%) və Gürcüstan (6,36%), idxal əməliyyatlarını isə Rusiya (17,95%), Türkiyə (10,23%), Ukrayna (8,9%), Almaniya (8,11%) və Böyük Britaniya (7,59%) ilə aparıb.
Xarici ticarət əməliyyatlarına 3725 dövlət və özəl müəssisələr, 8078 fiziki şəxs cəlb olunub. İxrac əməliyyatlarında dövlət sektorunun payı 76,04% ($3 mlrd. 665,077 mln.), özəl sektorun payı 22,48% ($1 mlrd. 083,688 mln.), fiziki şəxslərin payı ,48% ($71,077 mln.) təşkil edib. İdxalda bu göstəricilər 24,53% ($1 mlrd. 084,374 mln.), 69,65% ($3 mlrd. 079,466 mln.) və 5,82%-ə ($257,398 mln.) bərabərdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət