Asiya İnkişaf Bankı (AİB) Azərbaycan bankalrında ipoteka, avtokredit və kiçik və orta sahibkarlığa dəstəyin sekyutirizasiyasını həyata keçirmək niyyətindədir. Bu barədə AİB-in özəl sektor, kapital və maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru Vilyam Vilms (William Willms) jurnalistlərə bazar ertəsi məlumat verib.
"Sekyutirizasiya ətraflı öyrənmə və hazırlıq tələb edən yeni və çox ciddi məhsuldur. Biz sekyutirizasiya aktivlərinin artırılması üçün bir neçə predmet növünü nəzərdən keçiririk. Bu, ipoteka kreditləri və avtomobil nəqliyyat vasitələrinin alınması üçün verilən kreditlərdir", - deyə V.Vilyams bildirib.
Onun sözlərinə görə, dünya kapital bazarlarında böhranı nəzərə alaraq hazırda sekyutirizasiya bazarında əlverişsiz şərait müşahidə olunur.
"Eyni zamanda Azərbaycanda ipoteka və avtomobil kreditlərinin sekyutirizasiyası üçün böyük potensial var. Bu yeni məhsullar yerli bankların fəaliyyətini və maliyyə bazarının dərinliyini gücləndirmək iqtidarındadır", - deyə o əlavə edib.
Bank mənbələrindən “İnterfaks-Azərbaycan” agentliyinə məlum olub ki, AİB Bank Standard-la $50 mln., Texnikabank-la isə $10 mln. məbləğində sekyutirizasiya hazırlayır.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bankla əməkdaşlıq dövründə respublikaya $104 mln. məbləğində kredit verilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət