Azərbaycan və Rusiya Samur çayı üzərindən avtomobil körpüsünün yenidənqurulması layihəsinin reallaşması üzrə saziş imzalamağı planlaşdırır. Bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov Xəzər İnteqrasiya İşgüzar Klubunun iclasında bildirib.
“Samur çayı üzərindən avtomobil körpüsünün yenidənqurulması layihəsinin reallaşması üzrə ikitərəfli saziş layihəsi hazırlanıb və Rusiya tərəfi ilə bu sənədi müzakirə etmək niyyətindəyik”,- deyə o qeyd edib.
M. Pənahov bildirib ki, ötən həftə Moskvada baş tutan Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclasında tərəflər bu layihənin reallaşması üçün işçi qrupunun yaradılması haqqında razılığa gəliblər.
“İclasının yekun protokoluna əsasən, Rusiya tərəfi ilə 2008-ci il fevralın 1-də Samur çayı üzərindən körpünün yenidənqurulması layihəsinin reallaşmasının maliyyə və texniki təkliflərinin hazırlanması ilə məşğul olacaq işçi qrupunun yaradılması haqqında razılığa gəlinib”,- deyə o bildirib.
Onun sözlərinə görə, bu layihənin reallaşması iki ölkə arasında avtomobil yükdaşımalarının həcminin artırılmasına yönəldilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət