Maliyyə Nazirliyi parlament tərəfindən “İcbari sığorta növləri haqqında” qanun layihəsinin 2009-cu ilə qədər təsdiqlənəcəyinə ümid edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
"Biz bilərəkdən qanun layihəsini hökumətin ekspertizasına bir qədər gec təqdim etmişik. Əvvəlcə “Sığorta fəaliyyəti haqqında” qanun təsdiqlənib. “İcbari sığorta növləri haqqında” qanun layihəsi idarələrarası ekspertiza üçün Nazirlər Kabinetinə ən geci yanvarın sonunda təqdim olunacaq", - deyə nazirliyin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, nazirlik ümid edir ki, parlament 2008-ci ilin sonuna qədər bu qanun layihəsini qəbul edə biləcək. Mənbə vurğulayıb ki, Maliyyə Nazirliyi gələn il sığorta qanunvericiliyinin təkmilləşdirilməsi üzrə işləri davam etdirməyi planlaşdırır.
"Təkcə “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığorta növləri haqqında” qanunların qəbulu ilə sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsi prosesi başa çatmayacaq. Bizim planlarımıza sığorta qanunvericiliyinin yaxşılaşdırılmasına yönəldilmiş bir sıra yeni qanunların işlənməsi daxildir. Xüsusilə bu, sığorta ombudsmanının fəaliyyətini tənzimləyən qanunun işlənməsidir", - deyə o əlavə edib.Verilən məlumata görə, “İcbari sığorta növləri haqqında” qanun avtomobil nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 3-cü şəxslər qarşısında mülki məsuliyyət sığortası, ekoloji sığorta, yanğından sığorta və sərnişinlərin sığortalanması kimi icbari sığorta növlərinə şamil ediləcək.
Hazırda Azərbaycanda 9 icbari sığorta növü tətbiq olunur. Lakin bu növlərin böyük hissəsi qanunvericilikdə mövcud olan çatışmazlıqlarla əlaqədar fəaliyyət göstərmir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət