Azərbaycan Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi (DƏM) 2007-ci ildə əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumi məbləği 284 178 manat olan cərimə sanksiyası tətbiq edib ki, bu da 2006-cı ilin göstəricisindən 1,5% çoxdur. Bu barədə jurnalistlərə cümə günü idarənin rəhbəri Nəbi Şükürlü məlumat verib.
"2007-ci ildə DƏM 2195 müəssisədə yoxlamalar aparıb. Nəticədə əmək qanunvericiliyinin pozulması üzrə 9788 fakt aşkar olunub və 284 178 manat həcmində cərimə sanksiyası tətbiq edilib", - deyə N.Şükürlü qeyd edib.
O həmçinin bildirib ki, il ərzində istehsalatda bədbəxt hadisələrin sayı ötən illə müqayisədə 15,4% artaraq 284 təşkil edib ki, bu zaman 136 nəfər (2006-cı ildəkindən 67,9% çox) həlak olub. Bununla yanaşı, 61 bədbəxt hadisə inşaat sektorunda baş verib ki, bu zaman 68 nəfər həlak olub, 48 nəfər xəsarət alıb.
N.Şükürlünün sözlərinə görə, 2007-ci il dekabrın 20-dən qüvvəyə minən və əmək qanunvericiliyinin pozulmasına görə cərimə sanksiyalarının sərtləşdirilməsinin nəzərdə tutan İnzibati pozuntular Məcəlləsinə düzəlişlər işəgötürənlərin öz əməkdaşlarına münasibətdə məsuliyyət hissinin artmasına gətirib çıxaracaq."Əgər bu düzəlişlər qəbul olunanadək əmək qanunvericiliyinin və əmək müqavilələrinin şərtlərinin pozulmasına görə cərimə sanksiyalarının məbləği 30 manatdan 99 manatadək idisə, indi bu sanksiyaların məbləği hüquq pozuntularının dərəcəsindən asılı olaraq 550-38,5 min manat civarındadır. Həm də sanksiyalar müəssisə rəhbərlərinə münasibətdə 22-33 min manat məbləğində edilə bilər", - deyə N.Şükürlü bildirib.Onun sözlərinə görə, düzəlişlərdə maliyyə sanksiyalarının tətbiqinin işçilərin məzuniyyətlə bağlı hüquqlarını pozulmasına, əmək kitabçalarının olmamasına görə də tətbiq edilməsi nəzərdə tutulub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət