Azərbaycan Dövlət Neft Şirkəti 3 neft-kimya kompleksi inşa etməyi planlaşdırır. Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev ANS telekanalına müsahibəsində bildirib."Biz ildə 30 mln. ton neft emalı gücünə malik ən iri neft emalı və neft-kimya kompleksi inşa etmək niyyətindəyik ki, bu da ARDNŞ-in neft-kimya sahəsinin inkişafına dair irimiqyaslı proqramının gerçəkləşdirilməsi deməkdir", - deyə o qeyd edib.
R.Abdullayevin sözlərinə görə, söhbət 3 neft-kimya kompleksinin inşasından gedir. Onlardan biri Qaradağ rayonunda, digər ikisi isə Türkiyədə inşa ediləcək. Birincinin tikintisi Petkim neft-kimya kompleksinin səhm paketinin 51%-nin əldə olunması hesabına həyata keçiriləcək, ikinci isə Ceyhan terminalında inşa olunacaq.
Verilən məlumata görə, Türkiyənin baş naziri yanında Özəlləşdirmə Komitəsinin Ali Şurası noyabrın 22-də ölkənin ən iri neft-kimya kompleksi olan “Petkim”in 51%-lik səhm paketinin SOCAR/Turcas/Injaz alyansı tərəfindən $2 mlrd. 040 mln-a alınmasını təsdiqləyib.
ARDNŞ Ceyhanda neft-kimya kompleksinin və NEZ-in inşasına 2008-ci ildə başlamağı planlaşdırır. Layihəni ARDNŞ və Türkiyənin Turcas şirkəti tərəfindən 2006-cı ilin dekabrında yaradılmış SOCAR&Turcas Enerji A.S. şirkəti gerçəkləşdirəcək. NEZ iki mərhələdə yaradılacaq. I mərhələdə neft emalı kompleksinin, II mərhələdə isə həm də neft-kimya kompleksinin yaradılması nəzərdə tutulub. Onun layihə gücü ildə 10-15 mln. ton neft, dəyəri isə $4 mlrd. təşkil edəcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət