Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov ölkənin qərbində yerləşən Balkan vilayətinə işgüzar səfər edib.
Prezidentin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumata görə, regionun perspektivlərindən danışan dövlət başçısı deyib ki, onlar irimiqyaslı beynəlxalq, o cümlədən nəqliyyat kommunikasiyaları və YEK-in inkişafı sahəsində layihələrin reallaşması ilə sıx bağlıdır.
Q.Berdımuhammedov qeyd edib ki, bu planda Bərəkətdə inşası başlayan Türkmənistan-Qazaxıstan dəmir yolu, Xəzəryanı qaz kəməri, Xəzər sahilində “Avaz” Milli Turizm Zonasının yaradılması layihəsi, kimya sənayesinin gələcək inkişafı və Balkan vilayətində daha bir sement zavodunun, gübrə və maye qaz istehsalı üzrə zavodların inşası strateji önəm daşıyır.
Türkmənbaşı limanında olarkən Q.Berdımuhammedov bildirib ki, Milli dəniz donanmasının ehtiyaclarının ödənilməsi üçün neft məhsullarının, maye qazın nəqli üçün yeni gəmilər, dəniz neft platformasına xidmət göstərmək üçün yedəkli gəmilər, müasir sərnişin teploxodları alınacaq.
Bundan əlavə, Türkmınistanın balıqçılıq flotiliyası motorlu qayıqlar, balıq axtarışı üçün müasir ləvazimatlar və dondurucu avadanlıqlarla təchiz edilmiş aztonnajlı katerlərlə təmin ediləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət