“Azərbaycan Hava Yolları” Dövlət Konserni (“AzAL”) 2008-ci il avqustun 1-nə kimi Fransanın ATR şirkətindən daha 4 təyyarə almağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” ağentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
“2007-ci ildə Bakıya Fransa şirkətilə bağlanmış saziş çərçivəsində ATR-42-500 və ATR-72-500 təyyarələri gətirilib. Yaxın vaxtlarda üçüncü təyyarənin gətiriləcəyini gözləyirik. Ancaq hələlik konkret vaxtı söyləmək olmaz. Ümumilikdə qalan 4 təyyarənin Azərbaycana gətirilməsi 2008-ci il avqustun 1-dək həyata keçirilməlidir”,-deyə mətbuat xidmətinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, yanvarın 23-də ATR-72-500 təyyarəsi Bakı-Rostov-Bakı marşrutu üzrə texniki uçuş həyata keçirib. “Bu təyyarə 2008-ci il mayın sonuna kimi istismara veriləcək”,-deyə o qeyd edib.
Mətbuat xidmətinin nümayəndəsi deyib ki, 2008-ci il fevralın 3-dən Dövlət Konserni Bakı-Gəncə-Bakı istiqamətində müntəzəm uçuşları bərpa edəcək. Reyslər çərşənbə və bazar günləri ATR-42-500 təyyarəsilə həyata keçiriləcək. “Bakı-Gəncə marşrutu üzrə uçuşlar 2007-ci ilin sonlarında dayandırılıb. Bakı-Naxçıvan istiqamətində aviareyslərin həyata keçirilməsi üçün təyyarə çatışmadığından Bakı-Gəncə reysilə uçan təyyarə bu xəttə buraxılıb”,-deyə şirkətdən bildirilib.
Xəbər verildiyi kimi, ATR şirkətilə bağlanmış saziş 6 təyyarənin –hər biri 50 nəfərlik iki
ATR-42-500 və hər biri 70 nəfərlik dörd ATR-42-500 təyyarələrinin gətirilməsini nəzərdə tutur. Təhlükəsizlik baxımından həmin təyyarələrdən uzaq məsafəyə uçuşlarda istifadə olunur. Onlardan Bakı-Minvod, Bakı-Rostov, Bakı-Naxçıvan, Bakı-Gəncə və digər marşrutlarda istifadə olunacaq. Təyyarələrin alınmasına dair müqavilənin ümumi dəyəri $97,2 mln. təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət