Hərbi təyyarənin dənizə düşməsi nəticəsində iki pilot həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı məlumat verilib.
MiQ-29 təyyarəsinin təlim uçuşu həyata keçirərkən qəzaya uğraması nəticəsində pilotlar Fəxrəddin Əsgərov və Əfqan Aslanovun həlak olduğu bildirilir. Qəzanın səbəbləri araşdırılır
ANS telekanalının verdiyi məlumata görə, qəzaya uğrayan MiQ-29UB tipli təlim təyyarəsidir. Onun göyərtisində iki pilot - Fəxrəddin Əsgərov və Əfqan Aslanov olub. Təyyarə aktiv manevr həyata keçirərkən qəzaya uğrayıb və təqribən 15 metr dərinliyində dənizə düşüb.
Telekanal qeyd edib ki, qəzanın səbəblərini “qara qutu” tapıldıqdan və oradakı məlumatlar təhlil olunduqdan sonra müəyyən ediləcək. Hazırda aktiv şəkildə axtarış işləri keçirilir. Müdafiə naziri Səfər Əbiyev də hadisə yerindədir. Axtarışlara katerlər, vertolyotlar və dalğıclar da cəlb edilib.
Ekologiya Nazirliyinin Milli Hidrometeoroloji Proqnozlar Bürosundan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, dənizdə saniyədə 5-6 metr sürətlə külək müşahidə olunur, dəniz dalğasızdır, suyun temperaturu müsbət 7 dərəcədir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət