“Rabitəbank” 2007-ci ildə aktivlərini 71% artıraraq 75,7 mln. manata çatdırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2008-ci il yanvarın 1-nə bankın kredit portfeli 51,1 mln. manata (71% artım), öhdəlikləri 63,4 mln (92% artım), depozit portfeli 55,4 mln. (72% artım), eləcə də fiziki şəxslərin müddətli depozitləri 23,8 mln. manata (88% artım) bərabər olub. “Rabitəbank”ın öz kapitalı 2007-ci ildə 21% artaraq 10 mln. manat təşkil edib. Ödənilmiş nizmanamə kapitalı isə 7 mln. manat olub.
Bankın xalis mənfəəti 2007-ci ildə 220 min manat təşkil edib.
“2007-ci ili “Rabitəbank” üçün həm Bakı, həm də regionlarda filial şəbəkəsinin genişləndirilməsi ilə xarakterizə etmək olar. Ötən ildə dörd yeni filial, o cümlədən paytaxtda iki filial açılıb. Bankın filiallarının ümumi sayı 15-ə çatıb. Onlardan altısı Bakıda, qalanları Sumqayıt, Gəncə, Şamaxı, Şəki, Lənkəran, Kürdəmir, Quba, Xaçmaz və Qusar rayonlarında fəaliyyət göstərir”,-deyə məlumatda bildirilib. Qeyd edilib ki, 2007-ci ildə bank cəlb edilən xarici vəsaitlərin həcmini artırmaqla beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığı fəallaşdırıb. Əsasən də Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası banka $1 mln., Beynəlxalq Maliyyə Korporasiyası (IFC) isə $2 mln. məbləğində kredit xətti təqdim edib. Cəlb edilən maliyyə vəsaitləri ölkədəki kiçik və orta sahibkarlığa dəstəyə yönəldilib. Bundan əlavə, IFC “Rabitəbank”ın 20% səhmlərini almaqla bankın səhmdarı olub. 2007-ci ildə “Rabitəbank” $5 mln. məbləğində istiqraz yerləşdirib.
“Rabitəbank” 2007-cı ilin I yarısının yekunlarına əsasən “İnterfaks-İTM” in hazırladığı “İnterfaks-1000”: MDB bankları” renkinqində aktivlərinin həcminə görə MDB bankları sırasında 648-ci, Azərbaycan bankları arasında 17-ci yeri tutub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət