Avropa Komissiyası 2007-ci il üçün Avropa Qonşuluq Proqramını (ENP) İqtisadi İnkişaf Nazirliyinə təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin Xarici İnvestisiyalar və Texniki Yardım Proqramlarının Koordinasiyası şöbəsinin rəisi Əsgər Ələkbərov məlumat verib.
Onun sözlərinə görə, maliyyə sazişi, fəaliyyət proqramı, energetika sahəsində dövlət dəstəyinin göstərilməsi və maliyyənin dövlət idarəçiliyi şərtlərinin siyahısı ekspertiza üçün İqtisadi İnkişaf Nazirliyinə təqdim olunub.
“Əsas diqqət alternativ energetikanın inkişafına və buna müvafiq texniki, institutional tədbirlərə yönəlib. Bundan əlavə, qanunvericiliyin təkmilləşdirilməsi də tələb olunur”,-deyə Ə.Ələkbərov bildirib.
2007-ci il üçün büdcə proqramı 19 mln. avro həcmində dəyərləndirilir. Bunun 13 mln.-u büdcənin dəstəklənməsinə (enerji sektoruna yönəldiləcək), 1 mln. avro büdcənin dəstəklənməsinə texniki yardıma, 5 mln. avro isə Azərbaycan idarələri üçün tvinninq proqramına ayrılıb. Ə.Ələkbərov qeyd edib ki, büdcənin dəstəklənməsi üç il müddətində üç tranşla vəsaitin ayrılmasını nəzərdə tutur. Bir tranş 3 mln. avro, iki tranş hər biri 5 mln. təşkil edəcək. “Ümidvaram ki, 2-3 ay ərzində bütün məsələlərin razılaşdırılmasını başa çatdıracağıq və müvafiq saziş imzalayacağıq. Zənnimcə, ilin sonuna kimi ilk tranşı ala biləcəyik”,-deyə o əlavə edib.
2007-2010-cu illərdə Avropa Qonşuluq Proqramı 92 mln. avro həcmində dəyərləndirilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət