Azərbaycanın ixtisaslaşdırılmış müalicə müəssisəsində vərəmə tutulmuş təxminən 1000 məhbus saxlanılır. Bu barədə çərşənbə günü Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəisi Nazim Ələkbərov məlumat verib.
“Xüsusi müalicə müəssisəsində 1000 məhbus vərəmə görə müalicə kursu keçir. İslah müəssisələrində vərəmli məhbuslar arasında ölüm hallarına gəlincə, ötən beş illə müqayisədə bu, təxminən 10 dəfə azalıb”,-deyə N.Ələkbərov Avropa Şurası ekspertləri ilə ömürlük və uzunmüddətli həbs cəzasına məhkum edilmiş dustaqların saxlanma şəraitinin müzakirəsi zamanı bildirib. Nazir müavini qeyd edib ki, məhbusların saxlanma şəraitinin yaxşılaşdırılması üçün regionlarda bir neçə islah müəssisəsi tikilir. “Naxçıvanda islah koloniyasının inşası başa çatdırılıb, onun mühafizəsinin təminatı məsələsi həll olunur. Gəncə, Lənkəran və Şəkidə də belə müəssisələr tikilir. 2009-cu ildə Bakının Qaradağ rayonunda yeni həbsxana fəaliyyətə başlayacaq. Bu yeni müəssisələr Avropanın norma və standartlarına cavab verəcək”,-deyə N.Ələkbərov vurğulayıb.
Öz növbəsində AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia ömürlük məhkum olunmuş şəxslərin işlərinə yenidən baxılmasının mümkünlüyünün qanunverici qaydada təsdiqlənməsinin vacibliyini bildirib. “Ömürlük həbs cəzasına məhkum olunmuş şəxslərin işlərinə vaxtaşırı olaraq yenidən baxılmasının mümkünlüyü üçün ölkə qanunvericiliyinə dəyişikliklər etmək lazımdır. Onların uzun müddətdən sonra azadlığa cıxacaqlarına ümidlərinin olması cox vacibdir”,-deyə o bildirib. D.Bribosia respublikanın penitensiar sisteminin inkişafında Azərbaycanla AŞ arasında əməkdaşlığı müsbət qiymətləndirib. “Mən azərbaycanlı həmkarların AŞ-nin köməyilə penitensiar sistemi həqiqətən də yaxşılaşdırmaq səylərini görürəm”,-deyə o bildirib və buna misal olaraq Qobustan koloniyasının bağlanmasının və demokratik normalara cavab verən yeni müəssisələrin inşasının planlaşdırıldığını qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət