Beynəlxalq maliyyə institutları yol infrastrukturunun yaxşılaşdırılması üçün Azərbaycana $3 mlrd. kredit təqdim etməyə hazırdır. Bu barədə nəqliyyat naziri Ziya Məmmədov çərşənbə günü prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədəki çıxışında bəyan edib.
“Əgər 2000-ci illərin əvvəllərində nəqliyyat layihələrinin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə qurumları kiçik vəsaitləri belə çox ehtiyatla ayırırdılarsa, hazırda vəziyyət dəyişib. Ən nüfuzlu beynəlxalq maliyyə institutları tərəfindən daha sərfəli şərtlərlə təklif olunan investisiyaların məbləği 3 mlrd. dollardan artıqdır”,- deyə Z. Məmmədov bildirib. Onun çıxışının mətni rəsmi mətbuatda dərc olunub.
Onun sözlərinə görə, beynəlxalq maliyyə institutlarının kreditləri hesabına həyata keçirilən avtomobil yollarının tikilməsi və yenidən qurulması layihələri üzrə 2007-ci ildə 99,3 mln. dollar vəsait cəlb edilib və 2008-ci ildə isə bu vəsaitin $250 mln. olacağı gözlənilir. Z. Məmmədov əlavə edib ki, bununla yanaşı, Azərbaycan hökumətinin maliyyə imkanlarının artması yol infrastrukturunun yaxşılaşdırılması üzrə layihələri maliyyələşdirmək imkanı verir. Əsasən də, “Avtomobil yolları” məqsədli büdcə fondundan 2006-cı ildə bu məqsədlə 50 mln. manat, 2007-ci ildə 130 mln. manat ayrılıb, 2008-ci ildə isə 162 mln. manat ayrılacaq. Bundan əlavə, bu cür lahiyələrin dövlət investisiya proqramı çərçivəsində maliyyələşdirilməsinin həcmi artırılıb. “2004-cü ildə investisiya proqramı çərçivəsində bu məqsədlər üçün 16,3 mln. manat, 2007-ci ildə bu məbləğ 464 mln. manata qədər artırılıb, 2008-ci ildə isə o, 522 mln. manat təşkil edəcək”,- deyə o qeyd edib. Nazir qeyd edib ki, 2004-2007-ci illərdə maliyyə institutlarının və dövlət büdcəsinin kreditləri hesabına 3,652 min kilometr uzunluğunda avtomobil yollarının tikintisi və yenidən qurulması həyata keçirilib. Z. Məmmədov hazırda hökumətin 11 magistral avtomobil yolunun tikintisi və yenidən qurulmasını fəal şəkildə həyata keçirdiyini və bu prosesin 2011-ci ildə başa çatacağını əlavə edib. Onun sözlərinə görə, yol infrastrukturunun yaxşılaşdırılması avtomobillərin sayının artması ilə bağlıdır. “2004-2007-ci illərdə ölkəyə 250 minə yaxın, təkcə 2007-ci ildə isə 83 mindən artıq avtomobil gətirilb. Hazırda ölkəmizdə avtonəqliyyat vasitələrinin ümumi sayı 773 min ədəddir. Əgər 1998-ci ildə hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı 35 ədəd olmuşsa, 2007-ci ildə bu rəqəm 71-ə çatıb”,- deyə Z. Məmmədov bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət