M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı yeni tamaşanın premyerasını keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
“Yeni “Siklop” tamaşası eyniadlı Azərbaycan xalq nağılının əsasında səhnələşdirilib. O Novruz Bayramına həsr olunub. Xalq arasında mövcud olan inanca görə, Novruza qədər olan son dörd çərşənbə axşamlarında dörd ünsürün - su, hava, od və torpağın yenilənməsi və canlanması baş verir. Yeni tamaşada uşaqların anlayacağı dildə bu təbiət hadisələri izah edilir”,- deyə tamaşanın quruluşçu rejissoru, Azərbaycanın əməkdar artisti Yasəmən Ramazanova “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna bildirib.
Onun fikrincə, bu səhnə əsərinin aktuallığı həm də onda xeyirin şər üzərində qələbə çalmasından ibarətdir. “Tamaşada əsas qəhrəman İsgəndər öz cəsarəti və hazırcavablığı ilə qeyri-bərabər döyüşdə Siklopa qalib gəlir. Əyaləti və öz həmvətənlərini zülmkardan xilas edir. İsgəndərin simasında uşaqlar doğma torpaqlarını erməni təcavüzkarlarından xilas edən cəsur döyüşçünü görürlər və onun timsalında cəsarəti və qəhrəmanlığı öyrənirlər”,- deyə Y. Ramazanova bildirib.
O, tamaşanın növbəti nümayişinin Naxçıvanın sərhəd rayonlarında olacağını bildirib. “Demək olar ki, hər yeni tamaşa ilə biz muxtar respublikanın uzaq rayonlarına səfər edirik. Qarşımızdakı həftə ərzində biz yeni səhnə əsərini Ermənistanla sərhəddə yerləşən Sədərək rayonunun kəndlərində göstərmək niyyətindəyik”,- deyə Y. Ramazanova bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət