Britaniyanın “Arcadia Petroleum Limited” şirkəti “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi çərçivəsində hasil edilən Azeri Light mənfəət neftinin satışı üzrə ARDNŞ-in 2008-ci ildə elan etdiyi növbəti tenderin qalibi olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ARDNŞ-dən məlumat verilib.
Bu partiyanın həcmi 0,95 mln. barel təşkil edir. Onun 2008-ci il aprelin 24-26-da Ceyhan terminalından yola salınması planlaşdırılır.
Arcadia Petroleum artıq ARDNŞ-in 2008-ci ildə tender əsasında satılan mənfəət neftinin bir partiyasını alıb.
Hazırda ARDNŞ özünün Azeri Light mənfəət nefti partiyalarının Ceyhan terminalından satışını həm tender əsasında, həm də İtaliya, İsrail, Hindistan və Tailanda birbaşa satış haqqında müqavilələr üzrə həyata keçirir. ARDNŞ nefti Ceyhan terminalından 2007-ci il mayın 2-də neft şirkəti ilə bağlanmış saziş əsasında Palmali gəmiçilik şirkətinin gəmiləri vasitəsilə birbaşa nəql olunur. Neftin satışı əsasən birbaşa müqavilərlər əsasında həyata keçirilir.
“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə müqavilə çərçivəsində hasil olunur və həmin müqavilədə ARDNŞ-nin payı 10% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında onların müqavilədəki iştirak payından asılı olaraq bölüşdürülür.
Hazırda ARDNŞ-lə yanaşı “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları- Britaniyanın “BP” (34,1367%-operator), Amerikanın “Chevron” (10,2814%), “ExxonMobil” (8,0006%), “Devon Energy” (5,6262%) və “Amerada Hess” (2,7%), Yaponiyanın “Inpex Corp.”(10%) və “ITOCHU Oil” (3,9205%), Norveçin “Statoil” (8,5633%), Türkiyənin “TPAO” (6,75%) şirkətləridir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət