“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nizamnamə kapitalı 784 mln. 974,470 min manat təşkil edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Mənbə qeyd edib ki, Nazirlər Kabineti 100% dövlətə məxsus “Azərbaycan Hava Yolları” QSC-nin nizamnaməsini təsdiqləyib. QSC-nin nizamnamə kapitalı nominal dəyəri 2 manat olan 392 mln. 487,235 min ədəd səhmdən ibarətdir.
Müəssisə öz müstəqil balansı olan milli aviadaşıyıcı hüquqi statusuna, bank və digər hesablaşmalar aparmaq imkanlarına, həmçinin qanunvericiliklə müəyyən edlimiş qaydada əqd və sazişlər imzalamaq hüququna malikdir. QCS həmçinin nümayəndəliklər və filiallar, hüquqi şəxs statusuna malik qurumlar yarada və ya ləğv edə bilər.
Nizamnaməyə əsasən dövlət “Azərbaycan Hava Yollar” QSC-nin öhdəlikləri üçün cavabdeh deyil və bu müəssisənin fəaliyyəti ilə bağlı zərərə görə dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır.
“Azərbaycan Hava Yollar” QSC-nin əsas məqsədi Azərbaycanda mülki aviasiyanın inkişaf etdirilməsi və təkmilləşdirilməsi, ölkə əhalisinin və iqtisadiyyatının hava daşımalarına, aviasiya işlərinə və mülki aviasiya sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsidir.
Nizamnaməyə əsasən, müəssisənin gəlirləri təsərrüfat fəaliyyətindən daxil olan kreditlərdən, qrantlardan və qanunvericiliklə icazə verilən digər mənbələrdən əldə edilən vəsaitlər hesabına formalaşır. QSC-nin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər əmlakdan ibarətdir.
QSC-nin İdarə Heyəti kollegial icra orqanıdır və onun idarəçiliyilə bağlı bütün məsələləri həll edir. Şura 7 nəfərdən – prezident, birinci vitse-prezident və digər vitse-prezidentlərdən ibarətdir.
Bundan əlavə, Nazirlər Kabineti “Azərbaycan Hava Yolları” QSC-nin strukturunu da təsdiqləyib. Bura “Azərbaycan Hava Yolları” Yük Aviasiya Şirkəti, “Azalhelikopter” Bakı Aviasiya Şirkəti, “Azalaqro” Yevlax Aviasiya Şirkəti, Milli Aviasiya Akademiyası, Heydər Əliyev adına Beynəlxalq hava limanı, “Gəncə”, “Naxçıvan”, “Lənkəran”, “Zaqatala” Beynəlxalq hava limanları, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi; Aviasiya Təhlükəsizlik İdarəsi və digərləri olmaqla 16 şirkət daxildir.
Xəbər verildiyi kimi, 2008-ci ilin aprelində İ. Əliyevin sərəncamı ilə “Azərbaycan Hava Yolları” Dövlət Konserni Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. İ.Əliyevin 1 may 2008-ci il fərmanı ilə Cahangir Əsgərov QSC-nin prezidenti təyin olunub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət