İslan İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli iyunun 12-də Bakıya səfər edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.
"Ə.M.Əli Xəzər Beynəlxalq İnvestisiya şirkətinin təşkil etdiyi I investisiya konfransında iştirak edəcək", - deyə nazirliyin nümayəndəsi bildirib. Onun sözlərinə görə, İİB prezidentinin Bakıya səfəri ilə bağlı razılaşma ötən həftə Səudiyyə Ərəbistanında bankın səhmdarlarının illik 33-cü iclasında əldə olunub. Mənbə vurğulayıb ki, İİB səhmdarları 2009-cu ildə illik iclasın Türkmənistanda, 2010-cu ildə isə Azərbaycanda keçiriləcəyini təsdiqləyiblər.
Səhmdarların iclasında iştirak etmiş iqtisadi inkişaf naziri Heydər Babayev Ə.M.Əli ilə görüşdə Azərbaycan və İİB arasında əməkdaşlığın perspektivlərini müzakirə edib.
Azərbaycan 1992-ci ildən İİB-in üzvüdür. Bankla əməkdaşlıq ərzində Azərbaycanda $250 mln. məbləğində 26 layihə maliyyələşdirilib.
Məlumata görə, 2007-ci ilin noyabrında Azərbaycan İnvestisiya Şirkəti və özəl sektorun inkişafı üzrə İslam Korporasiyası (ICD, İİB-in strukturu – İF) Xəzər İnvestisiya şirkətini təsis edib. Şirkətin ilkin kapitalı $3,4 mln. təşkil edir və 2 il ərzində $70 mln-a (AİŞ-in payı $14 mln-a bərabər olacaq - İF) çatdırılacaq. Şirkət şəriət prinsipləri əsasında fəaliyyət göstərəcək. Hazırda Xəzər İnvestisiya Şirkəti investisiya büdcəsi təxminən $50 mln. olan 5 layihəni nəzərdən keçirir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət