Çərşənbə günü Fransanın “Total” şirkətinin kontinental Avropa və Orta Asiya üzrə vitse-prezidenti Arno Breyak Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevlə ARDNŞ-lə “Total” arasında əməkdaşlıq perspektivlərini müzakirə edib. Bu barədə ARDNŞ-dən məlumat verilib.
«Görüşdə A.Breyak ARDNŞ ilə “Total” şirkəti arasında “Abşeron” strukturunun işlənməsi üzrə məhsulun pay bölgüsünə (PSA) dair əsas kommersiya prinsipləri üzrə sazişin imzalanmasını yüksək qiymətləndirərək bu hadisəni iki şirkət arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirib. Öz növbəsində, R.Abdullayev layihə çərçivəsində birgə fəaliyyətin uğurla davam edəcəyinə əminlik ifadə edib», - deyə bildirilib. Görüşdə A. Breyak “Total E&P-Azərbaycan” şirkətinin baş meneceri vəzifəsinə təyin olunan Mark Foyadı ARDNŞ prezidentinə təqdim edib. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
R. Abdullayev çərşənbə günü Türkmənistan Prezidenti yanında Neft-qaz Ehtiyatlarının İdarə və İstifadə edilməsi üzrə Dövlət Agentliyinin direktoru Bayram Muradovu qəbul edib.
Görüşdə enerji sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və bu məqsədlə sentyabrda Bakıda “Azərbaycan və Türkmənistanın neft və qaz potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlığın strategiyası” Beynəlxalq Konfransının keçirilməsi məsələləri müzakirə edilib.
Bununla yanaşı, R. Abdullayev bildirib ki, iyunun 17-də İ. Əliyev konfransın keçirilməsi haqqında sərəncam imzalayıb və onun enerji sahəsində ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayacağına əminlik ifadə edib. O, həmçinin konfransın beynəlxalq aləmdə böyük maraq doğurduğunu və yüksək vəzifəli qonaqların iştirakı ilə keçəcəyini vurğulayıb. B. Muradov Bakıda belə konfransın keçirilməsini yüksək qiymətləndirib və bununla əlaqədar Türkmənistanda xüsusi işçi qrupun yaradıldığını bildirib.
Birgə neft-qaz konfransının keçirilməsi haqqında razılıq Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun Bakıya mayda həyata keçirilən ilk rəsmi səfəri zamanı əldə olunub.
Xəbər verildiyi kimi, ARDNŞ və “Total” iyunun 5-də “Abşeron” strukturunun işlənməsi üzrə məhsulun pay bölgüsünə (PSA) dair əsas kommersiya prinsipləri üzrə saziş imzalayıb. Sazişdə “Total”ın iştirak payının 60%, ARDNŞ-nin 40% təşkil edəcəyi nəzərdə tutulur. ARDNŞ 2008-ci ilin sonunadək “Abşeron” strukturunun işlənməsi üzrə PSA sazişini imzalamağa ümid edir. Bu, strukturun işlənilməsi üçün hüquqi əsas yaradacaq.
ARDNŞ-nin hesablamalarına görə, “Abşeron” strukturunun sübut olunmuş ehtiyatları 300 mlrd. kubmetr qaz və 45 mln. ton kondensatdır.
2007-ci il fevralın əvvəlində ARDNŞ və Fransanın “Total” şirkəti arasında “Abşeron” strukturu üzrə memorandum imzalanıb. Bundan əvvəl “Abşeron” strukturunun kəşfiyyatı və hasilatı üzrə “Chevron” (30% iştirak payı), ARDNŞ (50%) və “Total” (20%) arasında müqavilə olub. Müqavilə 1997-ci ildə imzalanıb. Müqavilə sahəsi təqribən 160 kvadrat mil ərazini əhatə edib. Layihəyə qoyulacaq investisiyaların ehtimal olunan həcmi $3-4 mlrd. məbləğində dəyərləndirilib. Proqnozlaşdırılan ilkin karbohidrogen ehtiyatları 1-3 trln. kubmetr qaz və 150 mln. ton kondensat təşkil edib. Lakin 2001-ci ildə qazılan ilk kəşfiyyat quyusu yalnız az həcmdə qaz axını aşkar etdiyindən “Chevron” sonrakı işlərdən imtina edib. 2005-ci ildə müqavilə qüvvəsini itirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət