Azərbaycanda narkotiklərdən istifadə ilbəil artır. Bu barədə DİN Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşı Elman Tərlanov çərşənbə axşamı məlumat verib.
“Ölkə daxilində narkotik maddələrdən istifadə hər il artır. 2007-ci ildə əhalidən 336 kq. narkotik maddə aşkar edilmişdisə, 2008-ci ilin beş ayı ərzində bu rəqəm 248 kq. olub”,-deyə E.Tərlanov iyunun 26-da qeyd olunan Narkotiklərlə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş mətbuat konfransında bildirib.
Narkotiklərə qarşı mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun məlumatına görə, 2007-ci ildə qanunsuz dövriyyədən 1,15 ton narkotik maddə çıxarılıb. Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev qeyd edib ki, 2007-ci ildə ölkənin hüquq-mühafizə orqanları narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 2376 fakt aşkar ediblər.
“Onlardan 860 fakt narkotik maddə satışı, 1386 fakt onun saxlanması, 108 fakt narkotik bitkinin yetişdirilməsilə bağlı olub. Bundan əlavə, 2007-ci ildə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 2141 nəfər cinayət məsuliyyətinə cəlb edilib”,-deyə o vurğulayıb.
2007-ci ildə 49 xarici vətəndaş saxlanılıb. Onların arasında 24 nəfər İran vətəndaşı, 9 Rusiya, 14 Gürcüstan və iki nəfər Ukrayna vətəndaşı var. Məlumatda həmçinin deyilir ki, 2007-ci ildə hüquq-mühafizə orqanları 359,5 tondan çox narkotik bitki kolunu məhv ediblər.
A.Əliquliyev bildirib ki, çərşənbə axşamı Dövlət Komissiyası 678 kq. narkotik maddəni, o cümlədən 292 kq. həşişi, 120 kq. marixuana, 102 kq. tiryək qətranı, 96 kq. tiryək və 65 kq. heroini yandırmaq yolu ilə məhv edib.
Mətbuat konfransında qeyd olunub ki, Azərbaycan ərazisinə narkotik maddələr əsasən respublikanın cənub sərhədləri vasitəsilə keçirilir.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət