Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin məcburi dövlət sosial sığorta haqları üzrə borclarının ödənişinə 2009-cu il yanvarın 1-dək möhlət verilməsi haqqında sərəncam imzalayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə prezidentin İcra Aparatından bildirilib.
Sərəncama əsasən, bu tədbir 2008-ci il aprelin 1-nə olan vəziyyət üzrə borclara aid edilir. Bundan əlavə, borclar üzrə maliyyə sanksiyaları və hesablanmış penya silinir.
"Bu sərəncam Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin fəaliyyətinin sağlamlaşdırılmasına yönəlib. Bununla yanaşı, bu müəssisələr cari ildə məcburi dövlət sosial sığorta haqları üzrə yeni borclar yaratmamalıdırlar", - deyə sərəncamda vurğulanır.
Bundan əlavə, Nazirlər Kabinetinə 15 gün müddətində Müdafiə Sənayesi Nazirliyinin müəssisələri üçün idxal edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələrə vergi və gömrük güzəştlərinin verilməsi barədə qərar qəbul etmək tapşırılıb.
Bundan əlavə, Nazirlər Kabineti bu müddətdə müəssisələrin qaz, su və elektrik enerjisinə görə olan borclarının ödənilməsinin tənzimlənməsini nəzərdə tutan tədbirlər həyata keçirməlidir. Bununla yanaşı, bu tədbirlər dövlətin maliyyə dəstəyi hesabına da aparıla bilər.
Sərəncama əsasən, hökumət müəssisələrin 2008-ci il aprelin 1-nə olan debitor borclarının ödənilməsi üçün zəruri tədbirlər görməlidir.
Bundan əlavə, Nazirlər Kabinetinə “Peyk” zavodu və “Azərsimtel” Azərbaycan-Türkiyə Birgə Müəssisəsi tərəfindən dövlət zəmanəti ilə alınmış kreditlər üzrə dövlət büdcəsinə olan borcların silinməsini təmin etmək tapşırılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət