Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) şirkətdə korporativ idarəetmə standartlarının tətbiqi üzrə sənədlər paketini baxılmaq üçün yaxın vaxtlarda Müşahidə Şurasına təqdim edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AİŞ-in icraçı direktoru Anar Axundov məlumat verib
"Biz korporativ idarəetmə standartlarının tətbiqi çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə əməkdaşlqı edirik. İş bir neçə istiqamətdə - əsasən AİŞ-in institusional inkişafı, şirkətdə korporativ idarəetmə standartlarının, o cümlədən daxili audit sisteminin tətbiqi istiqamətlərində aparılır. Bu istiqamətlər üzrə ilkin sənədlər artıq hazırdır və tezliklə onlar baxılmaq üçün Müşahidə Şurasına təqdim olunacaq", - deyə A.Axundov bildirib. Onun sözlərinə görə, həmçinin hazırda IFC ilə birgə AİŞ-in artıq vəsait yatırdığı və investisiya qoymağa hazırlaşdığı şirkətlərdə korporativ idarəetmə sistemini qiymətləndirmə meyarları işlənir.
"Məsələn, biz “Dəvəçi broyler” şirkətində korporativ idarəetmə sisteminin pilot qiymətləndirilməsini aparmışıq və yaxın vaxtlarda analoji qiymətləndirməni Milk-Pro şirkətində də həyata keçirməyi planlaşdırırıq", - deyə icraçı direktor qeyd edib. A.Axundov əlavə edib ki, korporativ idarəetmə sisteminin tətbiqi məsələlərində IFC-lə əməkdaşlıq 2007-ci ilin mart ayında imzalanmış memorandum çərçivəsində həyata keçirilir.
AİŞ yerli Milk-Pro şirkətinin kapitalına 4,684 mln. manat (pay 20%), “Dəvəçi broyler” şirkətinin kapitalına isə 12 mln. manat (pay 25%) investisiya qoyub.
“Azərbaycan İnvestisiya Şirkəti” SC prezident İlham Əliyevin 30 mart 2006-cı il tarixli fərmanı ilə yaradılıb. SC-nin nizamnamə kapitalı 90 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. SC-nin əsas vəzifəsi qeyri-neft sektorunda ayrı-ayrı səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının onların payının alınması yolu ilə uzunmüddətli investisiyalaşdırılmasıdır. Hazırda şirkət investisiya qoyuluşları 55 mln. təşkil edən bir neçə layihə gerçəkləşdirir. AİŞ-in tərəfdaşları bu layihələrə 600 mln. manat investisiya qoyacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət