Prezident İlham Əliyev mövcud qanunvericilikdə ünvanlı sosial yardımın verilməsi sisteminin təkmilləşdirilməsini nəzərdə tutan düzəlişləri təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə prezidentin İcra Aparatından məlumat verilib.
Aztəminatlı vətəndaşlara ünvanlı sosial yardımın verilmə qaydasını müəyyən edən “Ünvanlı sosial yardım haqqında” qanuna dəyişikliklər qüvvəyə minib. Bu düzəlişlərə əsasən, ünvanlı sosial yardım almaq üçün ərizə vermiş şəxslər onu bir il ərzində (əvvəllər 6 ay olub - İF) ala bilərlər. Azərbaycanda daimi əsasda yaşayan əcnəbilər istisna olmaqla, xarici vətəndaşlar ünvanlı sosial yardım ala bilməzlər.
Bundan başqa, alıcı ona verilən ünvanlı sosial yardımın azaldılmasına və ya dayandırılması ilə nəticələnə bilən məlumatlar təqdim etməyibsə, o, bir ilərzində belə yardım almaq imkanından məhrum edilir.
Həmçinin, “Sosial müavinətlər haqqında” qanuna düzəlişlər də qüvvəyə minib. Düzəlişlərə əsasən, icbari sosial sığorta vəsaitləri hesabına sığortaçılara 3 yaşına qədər uşağa qulluq, uşağın doğulması, o cümlədən dəfnə görə müavinət verilə bilər.
Hökumət iyul ayının 1-dən ünvanlı sosial yardımın verilməsində istifadə olunan “ehtiyac meyarı”nın həcmini 45 manatdan 55 manata qədər artırmağı planlaşdırır.
Azərbaycan 2006-cı ildən ünvanlı sosial yardım sisteminə keçib. Ünvanlı sosial yardımın həcmi “ehtiyac meyarı” və ailənin bir üzvünün gəliri arasındakı fərqə əsasən hesablanır. Adambaşına düşən gəlirin bu meyardan az olduğu ailələr ünvanlı sosial yardım alıcılarıdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət