Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi şüşə lifi, elektroizolyasiya şüşə parça və şüşə lentlərin istehsalı ilə məşğul olan “Mingəçevir şüşə lif” SC-nin səhmlərinin 97,78%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Komitədən məlumat verilib.
SC-nin 483 776 səhminin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının hazırladıqları investisiya proqramı yüksək keyfiyyətli şüşə lifin və digər kimyəvi məhsulların istehsalına yönəldilməlidir. Bununla əlaqədar proqram yeni terxnologiyaların tətbiqi, buraxılan məhsulun keyfiyyətinin və çeşidlərinin artırılması, yeni iş yerlərinin açılması və işçilərin sosial təminatı ilə bağlı təklifləri nəzərdə tutmalıdır.
Bundan başqa proqrama bu məqsədlər üçün ayrılan investisiyaların həcmi və qoyulma müddəti də daxil edilməlidir.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 280 min manat köçürməli, silinmək üçün ən azı 15 min özəlləşdirmə çeki təqdim etməlidir. Xarici investor da qalib gəldiyi təqdirdə analoji sayda özəlləşdirmə opsionları təqdim etməlidir.
Qaliblə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənini nəticələrinin təsdiqləndiyi andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra qalib təklifdə səhmlərə görə nəzərdə tutulmuş vəsaiti 60 gün ərzində dövlət büdcəsinə köçürməli, investisiyaların bildirilmiş həcminin 5%-ni SC-nin hesabına daxil etməlidir. Bundan başqa o, silinmək üçün özəlləşdirmə çeklərini 90 gün ərzində təqdim etməlidir.
Müsabiqəyə dair təkliflər iyul ayının 30-dək qəbul olunacaq. Təkliflərin qiymətləndirilməsi avqustun 1-də həyata keçiriləcək.
“Mingəçevir şüşə lif” SC Migəçevir şəhərində yerləşir. Müəssisə 1965- ci ildə istismara verilib və 8 ha sahəyə malikdir. SC-də 206 nəfər çalışır.
2008-ci il iyunun 1-nə olan vəziyyət üzrə SC-nin öhdəlikləri 539,384 min manat, debitor borcları 148,531 min manat təşkil edir.
2008-ci il iyunun 1-nə olan vəziyyət üzrə SC-nin nizamnamə kapitalı 494,780 min manata bərabərdir və nominal dəyəri 2 manat olan adi səhmlərə bölünüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət