MDB iştirakçısı olan dövlətlərin "MDB ölkələrinin maliyyə bazarları: inkişaf və inteqrasiya" adlı beynəlxalq bank konfransı 2008-ci il oktyabrın 24-25-də Bakıda keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə konfransın təşkilatçısı olan MDB-nin Maliyyə-Bank Şurasından məlumat verilib.
Konfrans Azərbaycan hökumətinin və MDB-nin İcraiyyə Komitəsinin dəstəyilə keçirilir.
Konfrans çərçivəsində oktyabrın 24-də “MDB iştirakçısı olan dövlətlərin bankları: qonşu dövlətlərin bazarlarının mənimsənilməsi. Problemlər və perspektivlər” və “MDB iştirakçısı olan dövlətlərin inkişaf maliyyə institutları və banklar dünyada likvidlik böhranı şəraitində” kimi mövzulara həsr olunan iki sessiya keçiriləcək.
Bununla əlaqədar sessiyalarda dövlətin bank sektorunun inkişafında rolu və Birlik ölkələrinin bu sahədə təcrübəsi, MDB iştirakçısı olan dövlətlərin banklarının investisiyalaşdırılması problemləri; sindikatlaşdırılmış kreditlər, layihə və vençur maliyyələşdirilməsi üzrə işlərdə vahid standartların axtarışı kimi məsələlər müzakirə olunacaq.
Bundan başqa, dünyadakı bank likvidliyi böhranının səbəbləri, nəticələri və Birlik ölkələrinin bu böhrandan çıxış yolları, Birlik dövlətlərinin real iqtgisadi sektoruna uzunmüddətli investisiyaların cəlb olunması, bank sektorunun kapitallaşmasının perspektivləri və əsasları, ipoteka kreditləşməsi böhranı və onun həlli mexanizmi kimi Birlik ölkələrində inşaatın stimullaşdırılması, təcrübə və perspektivlər öyrəniləcək.
Konfransın ikinci günü, oktyabrın 25-də Birlik ölkələrində ödəniş-hesabat sistemlərinin yaradılması problemləri və perspektivləri, eləcə də MDB dövlətlərinin maliyyə bazarlarının fəaliyyətinin informasiya təchizatının investisiyalar üçün bazarların cəlediciliyi amili kimi məsələlər müzakirə olunacaq.
Konfransda Azərbaycan Milli Bankının İdarə Heyətinin sədri E.Rüstəmov, ÜTB ACC-nin İdarə Heyətinin sədri, MDB Maliyyə-Bank Şurasının (MBŞ) prezidenti A.Kostinin, “Rusiya Federasiyası Əmanət Bankı” ASC-nin İdarə Heyətinin sədri Q.Qrefin, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri C.Hacıyevin çıxışları planlaşdırılır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət