“Bibiheybətneft” Neft-Qazçıxarma İdarəsi (Azərbaycan Dövlət Neft Şirkətinin strukturu) 2008-ci ildə Bibiheybət yatağında 10 quyu istismara verməyi planlaşdırır. Bu barədə ARDNŞ-in saytında məlumat verilir.
"Hazırda bu 10 quyudan 7-si istismara verilib ki, bu da əlavə 1,896 min ton neft hasil etməyə imkan verib. Daha 3 quyuda qazma işləri aparılır. Ümumilikdə, cari ildə yataqda 10 yeni quyunun istismara verilməsi nəzərdə tutulur", - deyə bildirilir.
Yatağın quyu fondu 785 ədəd təşkil edir. Bunlardan 630 ədədi fəaliyyətdə olan quyu fonduna aiddir. 2008-ci ilin yanvar-iyul aylarında 14 quyu fəaliyyətsiz fonddan istismara daxil edilib.
“2008-ci ilin 7 ayında yataqdan 70228 ton neft hasil edilib və plan tapşırığı 104,9% yerinə yetirilib. Yataqdan sutkalıq hasilat 291 tondur”, - deyə məlumatda qeyd olunur.
Bibiheybət yatağı 100 ildən çoxdur ki, istismardadır. Yatağın işlənməsinə 1871-ci ildən başlanıb. Hazırda yataqda neft hasilatı olduqca aşağı səviyyədə - ayda 10 min ton həcmindədir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət