Azərbaycan Milli Bankı (AMB) “KPMG” şirkətini İSO 27001 informasiya təhlükəsizliyi standartının tətbiqi üzrə tenderin qalibi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
"Milli Bank yeni informasiya texnologiyalarının tətbiqinin təmin olunması və informasiya təhlükəsizliyinin təmin edilməsi məsələlərində boyük irəliləyişə nail olub. Yeni texnologiyaların tətbiqi idarə edilməsi çətin olan yeni risklərin yaranmasına səbəb olur. Bununla əlaqədar olaraq biz, İSO 27001 standartına uyğun informasiya təhlükəsizliyi sistemini quraşdırmağı planlaşdırırıq. Bu standart dünyada informasiya təhlükəsizliyi sahəsində mövcud olan yeganə standart hesab edilir”,- deyə AMB nümayəndəsi bildirib.
Onun sözlərinə görə, 6 şirkət tenderdə öz təklifini verib. Qiymətləndirmədən sonra “KPMG” şirkəti qalib elan olunub. Şirkətlə artıq müqavilə imzalanıb.
Tenderin şərtlərinə görə, yeni sistemin quraşdırılması ilə bağlı bütün işlər müqavilənin imzalandığı andan 120 təqvim günü ərzində başa çatdırılmalıdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət