Maliyyə Nazirliyi sığorta şirkətlərinin əksəriyyətinin minimal kapitala qarşı yeni tələbləri yerinə yetirəcəyinə əmindir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti şöbəsinin müadiri Namiq Xəlilov bildirib.
Məlumata görə, Maliyyə Nazirliyi iyulayının sonunda sığorta şirkətləri üçün kapitala qarşı yeni tələbləri təsdiq edib. Bu tələblərə əsasən, 2012-ci il yanvarın 1-dək sığorta şirkətləri üçün minimal kapital 5 mln. manat, təkrar sığorta şirkətləri üçün 10 mln. manat səviyyəsində olmalıdır.
"Düşünürəm ki, sığortaçıların çoxu bu tələblərin öhdəsindən gələ biləcək. Bundan əlavə yeni şirkətlər, əsasən də həyat sığortası üzrə şirkətlər yaradılacaq. Odur ki, sığorta şirkətlərinin sayı azalsa da, bu azalma cüzi olacaq", - deyə N.Xəlilov qeyd edib.
Onun sözlərinə görə, sığorta şirkətlər üçün kapitala qarşı minimal tələblərin təkrtar nəzərdən keşirilməsi zərurəti Azərbaycanda iqtisadiyyatın və sığorta bazarının inkişafı ilə bağlıdır. "Azərbaycan iqtisadiyyatının son illərdə müşahidə etdiyimiz yüksək inkişaf templəri sığorta tədiyyələrinin, eləcə də sığorta şirkətlərinin öz üzərinə götürdüyü risklərin həcminin xeyli artmasına şərait yaradıb. 2007-ci ildə sığortaçıların cəlb etdiyi sığorta tədiyyələrinin həcmi 60% artaraq 150 mln. manat təşkil edib. Sığortaçıların ödəmə qabiliyyətini və maliyyə sabitliyini, nəticədə isə sığorta edənlərin maraqlarını daha etibarlı təmin etmək üçün sığortaçıların minimal kapitalının artırılması istiqamətində tələbləri yenidən nəzərdən keçirmək zərurəti yaranıb", - deyə şöbə müdiri bildirib.
N.Xəlilov hesab edir ki, kapitala qarşı yeni tələbləri yerinə yetirmıkdə çətinlik çəkəcək sığorta şirkətləri digər sığortaçılarla birləşəbilər. "Məntiqlə düşünsək, birləşmə kapitallaşma ilə bağlı problemlərin həlli üçün yaxşı yol olardı. Təcrübədə nə olacağını isə vaxt göstərəcək", - deyə o əlavə edib.
Verilən məlumata görə, 2009-cu il yanvarın 1-dək sığorta şirkətlərinin minimal kapitalı 1 mln. manat, təkrar sığorta şirkətlərinin isə 2 mln. manat səviyyəsində olmalıdır.
2010-cu il yanvarın 1-dək sığorta şirkətləri ən azı 2 mln. manat, təkrar sığorta şirkətləri 4 mln. manat, 2011-ci il yanvarın 1-dək müvafiq olaraq 3,5 mln. manat və 7 mln. manat, 2012-ci il yanvarın 1-dək isə müvafiq olaraq 5 mln. manat və 10 mln. manat məbləğində kapitala malik olmalıdırlar.
Qəbul olunmuş qərara uyğun olaraq, 2008-ci il aqustun 1-dən sonra təsis ediləcək sığorta şirkətləri ən azı 5 mln. manat, təkrar sığorta şirkətləri isə ən azı 10 mln. manat səviyyəsində kapitala malik olmalıdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət