Dövlət Sosial Müdafiə Fondunun (DSMF) iri sığortaçılarla iş üzrə Departamenti 2008-ci ilin I yarısında 205 mln.992,9 min manat məbləğində icbari social sığorta üzrə ayırmaların yığılmasını təmin edib və bununla plan tapşırığına 108,3% əməl olunub. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə departamentdən məlumat verilib.
"Bununla yanaşı, hesabat dövründə departamentin uçotunda duran büdcə təşkilatları tərəfindən sosial sığorta üzrə 12 mln.104,2 min manat (plan tapşırığına 79,5% əməl olunub), özəl təşkilatlar tərəfindən 193 mln. 591,7 min manat (110,9%) ayırmalar həyata keçirilib", - deyə departamentin nümayəndəsi bildirib.Onun sözlərinə görə, yanvar-iyun aylarında departament məhkəmə orqanlarına 21 şirkətə münasibətdə icbari sosial sığorta ayırmaları üzrə 7 mln. 433,6 min manat həcmində borclarının alınması məqsədilə şikayət ərizəsi təqdim edilib.
"Yanvar-iyun aylarında məhkəmə orqanları departamentin borclulardan 2 mln.762,2 min manat borcun alınması barədə tələbini əsaslı hesab edib. İcbari sosial sığorta ayırmaları üzrə 3 mln.952,7 min manat həcmində borcu olan 3 şirkətə münasibətdə hazırda məhkəmə araşdırılması aparılır. Daha bir şirkət 126,8 min manat həcmində borcunu ödəyib və ona qarşı irəli sürülən şikayət ərizəsi geri götürülüb. Hazlırda yerdə qalan borclar üzrə məhkəmə araşdırılması üçün hazırlıq işləri aparılır", - deyə o qeyd edib.
Agentliyin müsahibi bildirib ki, departamentin yanvar-iyun aylarında apardığı yoxlamalar 4 mln. 922,3 min manat həcminə icbari sosial sığorta ayırmaları üzrə hesablanmamış məbləğ aşkara çıxarıb. "Aşkar olunan pozuntular əsasında 2 mln. 463, 1 min manatlıq maliyyə və inzibati sanksiyalar tətbiq edilib", - deyə o qeyd edib.
Departamentin uçotunda 341,972 min adamın çalışdığı 1,292 min hüquqi şəxs durur. Onlardan 304,051 min nəfər sosial sığorta haqqında şəhadətnamə alıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət