ABŞ Maliyyə Nazirliyi şənbə günü Konqresə ölkənin maliyyə institutlarından $700 mlrd. məbləğində çətin satılan aktivlərin alınması üçün ona səlahiyyət verilməsilə bağlı təkliflər təqdim edib.
Şənbə günü MN tərəfindən dərc olunan təkliflərin mətnində bildirilir ki, söhbət ipoteka ilə bağlı olan girov kağızlarından, istiqrazlardan və digər alətlərin aktivlərinin satın alınmasından gedir. Bazar günü həmin siyahı faktiki olaraq genişlənib və indi sənəddə istənilən “pis” aktivlərdən danışılır.
Bu, bankları Birləşmiş Ştatların borc bazarındakı böhranın ilkin səbəblərindən olan və bu gün heç kimin almaq istəmədiyi maliyyə aktivlərindən xilas etməlidir.
Təkliflərə görə, MN ayrıca bölmələr təşkil etməklə istiqraz kağızlarının alınması məqsədilə müqavilə bağlamaq hüququ əldə etmək istəyir. Alqı-satqı kağızlar üçün mimimal qiymətlərin təyin ediləcəyi hərraclarda həyata keçiriləcək.
Üç həftədən sonra MN Konqres qarşısında proqramın reallaşdırılması ilə bağlı hesabat verəcək və sonralar bunu yarım ildə bir dəfə həyata keçirəcək.
Bloomberg agentliyinin yazdığına görə, ehtimal olunur ki, böhrana qarşı yeni təşəbbüs artıq bu həftə Amerika parlamentinin Nümayəndələr, eləcə də Aşağı palatalarında, daha sonra isə Senatda bəyəniləcək.
Hələlik dövlətin ipoteka kağızlarının nə qədər payını almaq istədiyi məlum deyil. Eləcə də, ekspertlərin fikrincə, bu tədbirlərin ABŞ büdcəsinin kəsirinə və inflyasiyanın həcminə təsirini qiymətləndirmək də çətindir.
MN-in təklif etdiyi qanun layihəsi dövlət borcunun limitinin $10,6 trln-dan $11,3 trln-a qədər artırılmasını nəzərdə tutur. MN-in proqramı xərclərin həcminə görə ($700 mlrd.) yalnız müdafiə xərclərilə ($515 mlrd.) rəqabət apara bilər.
Respublikaçılar və demokratların liderləri artıq hökumətin təcili tədbirlərini dəstəkləyəcəklərini vəd ediblər. Hərçənd ki, demokratlar girov kağızları üzrə defolt təhlükəsi qarşısında qalan mülk sahiblərinin bilavasitə dəstəklənməsi üzrə tədbirlər hesabına təkliflər paketini genişləndirməyə cəhd edirlər.
Hakimiyyətlə paralel olaraq pay sahibləri üçün sığorta proqramı təklif etməklə pul bazarlarında işləyən fondlar da köməyə gəliblər. Bu fondların həcmi $3,4 trln-u ötür, onlar ənənəvi olaraq banklardakı depozitlər kimi etibarlı hesab olunurlar və onlardan kütləvi şəkildə pul götürülməsi maliyyə bazarına daha bir zərbə ola bilər. MN tərəfindən sığorta proqramı üçün $50 mlrd-a qədər vəsait ayrılacaq.
Bundan başqa, Amerikanın Mərkəzi Bankı fondlara sərmayədatlara kreditlərin verilməsi zamanı problemlərlə üzləşəcəkləri halda onlara aktivlərin girov qoyulması müqabilində $230 mlrd.-dək kredit verməyə hazırdır.
Qiymətli kağızlar və birjalar üzrə Komissiya bazarda qiymətlərin aşağı düşməsinin qarşısını almaq üçün 799 səhmin qısa satışını qadağan edib.
Elan olunduğu kimi, Fannie Mae və Freddie Mac ipoteka öhdəliklərinin alışını artırıblar.
Federal Ehtiyatlar Fondu da Fannie Mae, Freddie Mac və digər ipoteka banklarından $69 mlred.-dək qısamüddətli istiqrazlar alacağını elan edib. Bu da ipoteka kağızları bazarını dəstəkləməyə imkan verəcək.
Bütün bu addımlar nəzərə alınmaqla ABŞ hakimiyyətinin bu dəfə ayri-ayrı institutların xilas olunması ilə məşğul olmadan, hazırki maliyyə böhranına səbəb olan problemləri dərindən araşdırmaqla sistemli şəkildə fəaliyyət göstərməyi qərara aldığını söyləmək mümkündür.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət