Bazar ertəsi “Qarant Sığorta” şirkətinin Gəncədə filialı fəaliyyətə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin İdarə Heyətinin sədri Vaqif Həsənov məlumat verib.
Bu, şirkətin ilk filialıdır. "Gəncə sürətlə inkişaf edir və sığortanın inkişafı üçün şəhərin böyük potensialı var. Bundan əlavə, hazırda şirkət Gəncədəki iri müəssisə və banklara sığorta xidmətləri təqdim edir. Bu səbəbdən onlara xidmət etmək üçün orada filialın olması məqsədəuyğundur”,- deyə V. Həsənov bildirib. Onun sözlərinə görə, “Qarant Sığorta” cari ildə bölgələrdə filial şəbəkəsinin genişləndirilməsini davam etdirməyi planlaşdırır. Eləcə də, oktyabrın ortalarında Bərdədə, ilin sonuna qədər isə Sumqayıtda və böyük ehtimalla Qubada filial açmağı planlaşdırır.
"Yaxın vaxtlarda bazarda fiziki şəxslər üçün bir sıra yeni sığorta məhsulları təqdim etməyi planlaşdırırıq. Biz bu məqsədlə bölgələrdəki filial şəbəkəmizi genişləndiririk”,- deyə şirkət rəhbəri bildirib.
“Qarant Sığorta” şirkəti “ZQAN Holding” şirkətlər qrupuna daxildir. Şirkət fəaliyyət üçün lisenziyanı 2007-ci il noyabrın 29-da alıb. “Qarant Sığorta” şirkəti sığortanın 18 könüllü və 4 icbari növü üzrə xidmət göstərmək hüququna malikdir.
2008-ci ilin I yarısında şirkət 2,39 mln. manat məbləğində tədiyyə yığıb, ödənişlər həyata keçirilməyib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət