Milli Məclis cümə axşamı plenar iclasda Türkmənistan, İordaniya, Cənubi Koreya və İndoneziya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan bir sıra hökumətlərarası sazişləri ratifikasiya edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin iclasda iştirak edən müxbiri məlumat verib.
Parlament əsasən, Türkmənistanla “Beynəlxalq avtomobil əlaqələri haqqında”, “Beynəlxalq kombinə edilmiş yükdaşımalar haqqında” və “Standartlaşdırma, metrologiya, sertifikatlaşma və akkreditasiya sahəsində əməkdaşlıq haqqında” hökumətlərarası sazişləri ratifikasiya edib. Bu sənədlər 2008-ci il avqustun 6-da Bakıda imzalanıb.
Bundan əlavə, parlament İordaniya ilə “Gəlirlər və əmlaka münasibətdə ikiqat vergiqoymadan yayınma və vergilərdən yayınmanın aradan qaldırılması haqqında”, “İnvestisiyaların qarşılıqlı qorunması və təşviqi haqqında” hökumətlərarası sazişləri təsdiqləyib. Bu sazişlər 2008-ci il mayın 5-də Bakıda imzalanıb.
Parlament həmçinin, Cənubi Koreya ilə “Gəlirlər və əmlaka münasibətdə ikiqat vergiqoymadan yayınma və vergilərdən yayınmanın aradan qaldırılması haqqında” (2008-ci il mayın 19-da Bakıda imzalanıb) və İndoneziya ilə “Texniki-iqtisadi əməkdaşlıq haqqında” (2008-ci il mayın 19-da Bakıda imzalanıb) hökumətlərarası sazişləri təsdiqləyib.
"Bu sazişlərin ratifikasiyası Azərbaycanın iqtisadi əlaqələrinin genişləndirilməsinə imkan verəcək. Biz əsasən Türkmənistanla yük daşımalarının, Cənubi Koreya və İordaniyanın şirkətlərindən isə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcminin artırılmasına ümid edirik", - deyə parlamentin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət