Azərbaycan real sektorun inkişafına yönələn iqtisadi siyasət yürütməlidir. Bu barədə parlamentin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə cümə günü jurnalistlərə bəyan edib.
"Bü gün Azərbaycan ÜDM-nin 80%-dən çoxunu özəl sektor formalaşdırır. Lakin biz özəl sektor strukturunu təkmilləşdirməli və iqtisadiyyatın real sektorunu inkişaf etdirərək, onun payını artırmağa çalışmalıyıq”,- deyə Z. Səmədzadə bildirib.
Onun sözlərinə görə, real sektorun inkişafı üçün sənaye sahəsini fəal inkişaf etdirmək lazımdır. "Biz sənayenin inkişafı üzrə dövlət proqramını qəbul etməliyik. Sənaye və Energetika Nazirliyi hazırda İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə onu hazırlayır. Azərbaycan kiçik ölkədir. Təbii ki, sənayenin bütün sahələrini inkişaf etdirməyə ehtiyac yoxdur. Maşınqayırma, yüngül sənaye kimi sektorlarda müəyyən potensial mövcuddur və bu potensial bütövlüklə istifadə olunmur. Ona görə sənayenin bu sahələrini inkişaf etdirmək lazımdır”,- deyə o qeyd edib.
Z. Səmədzadə əlavə edib ki, Azərbaycan hökuməti innovasiyalar sektorunun inkişafını stimullaşdırmalı, xidmətlər sahəsini təkmilləşdirməlidir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət