Gürcüstan hökuməti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında müqavilə yaxın vaxtlarda imzalanacaq. Müqaviləyə əsasən SOCAR ölkənin 23 regional qaypaylaşdırıcı şirkətini idarəçiliyə götürəcək. Bu barədə SOCAR Georgia Petroleum-un direktoru David Zubitaşvili cümə günü jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, hazırda həmin şirkətlərin özəlləşdirilməsilə bağlı bütün detallar demək olar ki razılaşdırılıb.
“Müqavilə yaxın vaxtlarda rəsmiləşdiriləcək. Üç il ərzində SOCAR amortizasiya olunmuş şəbəkərin reabilitasiyasına $100 mln. məbləğində investisiya qoymağı planlaşdırır”, - deyə D.Zubitaşvili vurğulayıb.
Xəbər verildiyi kim, 2007-ci ilin oktyabrında Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən elan olunmuş müsabiqənin yekunlarına görə, SOCAR-ın təklifi ən yaxşı təklif kimi qəbul edilib. Müsabiqə ölkənin 8 regionunda yerləşən və dövlətin mülkiyyətində olan 23 distribyutor qaz şirkətlərinin özəlləşdirilməsinə maragın göstərilməsi üzrə keçirilib.
SOCAR “törəmə”- SOCAR Energy Georgia ilə yanaşı İsveçrənin “Wissol” və Gürcüstanın “İveri-7” şirkətləri də müsabiqədə iştirak edib.
Müsabiqənin şərtlərinə görə, qalibin vəzifəsinə mövcud qaz kəmərləri şəbəkəsinin operasiyası, şirkət abunəçilərinin sayının artırılması və onların fasiləsiz olaraq qazla təchizatı daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət