İqtisadi İnkişaf Nazirliyi iqtisadi islahatların keçirilməsi çərçivəsində 2009-cu il üçün nazirlik, idarə və dövlət müəssisələrinin layihələrinin seçimi üzrə müsabiqə elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Layihələr 2009-cu il dövlət büdcəsinin “İqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər” bəndi üzrə nəzərdə tutulan vəsaitlər hesabına maliyyələşəcək.
Müsabiqənin şərtlərinə görə, layihələr üç istiqaməti - ortamüddətli və uzunmüddətli proqramların (layihələrin) hazırlanmasını, təhlil aparılması və tövsiyələrin hazırlanmasını, kompüter- texniki bazasının yaradılmasını əhatə etməlidir.
Layihələr və normativ sənədlərin ortamüddətli və uzunmüddətli proqramlarının hazırlanması çərçivəsində layihələr iqtisadiyyatda və sənayedə struktur dəyişikliklərinin həyata keçirilməsinə, idarəetmə strukturunun təkmilləşdirilməsinə, maliyyə-bank və gömrük-vergi sisteminin yaxşılaşdırılmasına, investisiya prosesinin fəallaşdırılmasına, yanacaq-energetika kompleksinin inkişafına və təbii inhisarçılıq fəaliyyətinin tənzimlənməsinə yönəldilməlidir.
Bundan əlavə, bu istiqamətdə layihələr aqrar-sənaye kompleksinin inkişafı, ixrac strukturunun təkmilləşdirilməsi və istehlakçı bazarının nizamlanması sahələrində də ola bilər.
Tövsiyələrin təhlili və hazırlanması çərçivəsində layihələr əsasən iqtisadiyyatın müxtəlif sektorlarının inkişafının, o cümlədən onun infrastrukturunun, bank sisteminin fəaliyyətinin, pul və valyuta bazarının dövriyyəsinin, iqtisadiyyatda sərmayələr prosesinin təhlilinə, özəlləşdirmə proqramının həyata keçirilməsinə, onun nəticələrinin təhlilinə və tövsiyələrə yönəldilməlidir.
Kompüter-texniki bazasının yaradılması istiqamətindəki layihələr zəruri avadanlıqların və inventarın alınması və quraşdırılmasını, müxtəlif məlumat bazalarının yaradılmasını və zəruri proqram təminatlarının hazırlanmasını nəzərdə tutmalıdır.
Şərtlərə görə, layihənin dəyəri 50 min manatdan çox olmamalı və 2010-cu ilədək həyata keçirilməlidir. Layihə inandırıcı olmalı və yüksək tələblərə cavab verməlidir. Bununla yanaşı, layihənin texniki əsaslandırmasına onun qısa təsviri, həyata keçirilmə müddəti, xərclər smetası və idarəetmə smetası daxil edilməlidir. Layihələr 2008-ci il dekabrın 8-dək qəbul ediləcək.
Nazirliyin hesablamalarına görə, bu istiqamətlərdə belə layihələrin reallaşdırılması qeyri-neft sektorunun inkişafında, dünya böhranının Azərbaycan iqtisadiyyatına təsirinin azaldılmasında, regional inkişafın sürətləndirilməsində və ərzaq təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət