Azərbaycan respublikanın hər bir bölgəsində turizmi inkişaf etdirməyə çalışmalıdır. Bu barədə mədəniyyət və turizm nazir Əbülfəz Qarayev şənbə günü Bakıda Azərbaycan Turizm İnstitutunda keçirilən “Turizm və rekreasiya: problemlər və perspektivlər” mövzusunda elmi-təcrübi konfransda bəyan edib.
Bu cür konfrans Bakıda ikinci dəfə keçirilir.
"Biz bu konfranslarda müzakirə və təqdim olunan materiallardan istifadə edirik və ölkənin hər bir bölgəsində turizmi inkişaf etdirməyə çalışmalıyıq", - deyə nazir bildirib.
Onun sözlərinə görə, Azərbaycanda turizm və mədəniyyət bir-birilə sıx bağlıdır. "Başqa ölkələrdə turizm mədəniyyətlə bizdə olduğu kimi əlaqəli deyil. Hazırda aşıq sənəti və Azərbaycan xalçalarının dünya mədəni irsi kimi tanınması istiqamətində hazırlıq görülür. Biz Xalça Muzeyini xarici turistlər üçün cəlbedici obyektə çevirməyi planlaşdırırıq", - deyə Ə.Qarayev qeyd edib.
O, Azərbaycanda idman turizminin o qədər də güclü inkişaf etməməsindən təəssüfləndiyini bildirib. "Biz turizmin bu istiqamətinin də inkişafı üçün səy göstərməliyik", - deyə nazir əlavə edib.
Ə.Qarayev jurnalistlərə turizmin gələcək inkişafı ilə bağlı nazirliyin planları barədə də məlumat verib. "Biz turizm obyektləri və mehmanxana işçilərinin 25%-nin turizm sahəsində xüsusi təhsil almasına nail olmaq istəyirik. Ümid edirəm ki, hökumət bu layihəni dəstəkləyəcək. Biz layihəni 2010-cu ildə həyata keçirməyi planlaşdırırıq", - deyə nazir vurğulayıb.
O əlavə edib ki, nazirlik 2010-cu ilə kimi yeni turizm obyektləri və mehmanxanalara lisenziyaların verilməsini bir qədər məhdudlaşdırmaq və artıq fəaliyyət göstərən turizm obyektlərinin lisenziyalarının yenilənməsinə diqqət ayırmaq niyyətindədir.
"2009-cu il Azərbaycan üçün çox mühüm olacaq. Belə ki, Bakı İslam Konfransı Təşkilatının mədəniyyət paytaxtı seçilib. Bu o deməkdir ki, Bakıya çoxlu sayda xarici nümayəndə heyəti gələcək və biz onları lazımi səviyyədə qarşılamalıyıq", - deyə Ə.Qarayev sonda bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət