Azərbaycan 2015-ci ilədək yanacaq-energetika kompleksində bir sıra layihələrin həyata keçirilməsinə $961,3 mln. həcmində sərmayə qoymağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
«Qeyd olunan həcmdən $289,3 mln. Azərbaycan hökumətinin, $672 mln. beynəlxalq maliyyə institutlarının vəsaitlərinin və digər mənbələrin payına düşəcək», - deyə mənbə bildirib.
Onun sözlərinə görə, bu vəsaitlərdən $669 mln. respublikada qazpaylayıcı sisteminin yaxşılaşdırılmasına, $60 mln. qazın məşəl sistemlərində yanmasının azaldılması üzrə tədbirlərə yönəldilməsi nəzərdə tutulur. Ümumilikdə, qaz təsərrüfatında vəziyyətin yaxşılaşdırılmasına ayrılan $729 mln. məbləğin $219 mln-nu dövlət vəsaitləri, $510 mln.-nu xarici borclar təşkil edəcək.
2008-2009-cu illərdə bu layihələrin gerçəkləşdirilməsinə $100 mln., 2010-2014-cu illərdə $629 mln. ayrılacaq.
"Hazırda qazın məşəl sistemlərində yanması 0,3 mlrd. kubmetr təşkil edir. Qazpaylayıcı şəbəkədə qaz itkisi 1-2%-lik norma ilə müqayisədə 20%-ə bərabərdir. Bu layihələrin həyata keçirilməsi havanın çirklənmə dərcəsinin azaldılmasına və qazpaylayıcı şəbəkənin gücünün artırılmasına imkan verəcək", - deyə hökumətdən qeyd edilib.
Bundan əlavə, 2008-2009-cu illərdə Azərbaycan Qazaxıstan və Türkmənistandan neft və qazın Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərləri ilə ixracı hesabına onların fəaliyyətinin iqtisadi cəhətdən məqsədəuyğunluğunu təmin etmək üçün araşdırmalara $300 min yönəltməyi planlaşdırır.
Mənbə əlavə edib ki, Azərbaycanın enerji sistemlərinin Rusiya, Qazaxıstan və İranın enerji sistemləri ilə qarşılıqlı əlaqəsini yaxşılaşdırmaq və bu sistemlərlə elektrik enerji axınının artımını təmin etmək məqsədilə 2008-2014-cü illərdə 500 kV, 330 kV, 220 kV və 110 kV gərginliyə malik bir sıra elektrik ötürücü xətlərinin və yarımstansiyaların tikintisinə $232 mln. həcmində investisiya yönəltməyi nəzərdə tutur.
"Bu vəsaitlərin $70 mln-nu dövlət vəsaitləri, $162 mln-nu xarici borclar təşkil edəcək. 2008-2009-cu illərdə bu məqsədlər üçün $100 mln., 2010-2014-cü illərdə isə $132 mln. vəsaitin ayrılması planlaşdırılır", - deyə o vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət