SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi çərçivəsində hasil edilən “Azeri Light” mənfəət neftinin 2008-ci ildə on altıncı partiyasının satışı üzrə tender elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Bu partiyanın həcmi 600 min barel təşkil edir. Onun 2008-ci il dekabrın 27-28-də Supsa terminalından yola salınması planlaşdırılır.
Ümumlikdə, SOCAR cari ildə tender əsasında mənfəət neftinin 15 partiyasını satıb. İlk üç partiyanı Britanıyanın “Arcadia Petroleum Limited”, dördüncü və on ikinci partiyanı “Glencore Energy UK Ltd” (Britaniya), beşinci və on üçüncü partiyanı Almaniyanın “Select Energy GMBH”, altıncı, onuncu, on birinci və on beşinci partiyanı Yeni Zellandiyanın “Sumato Energy Group”, yeddinci və səkkizinci və on dördüncü partiyanı “Taurus Petroleum Limited”, doqquzuncu partiyanı isə Britaniyanın “Arcadia Petroleum Limited” şirkətləri alıb. Supsa terminalından yola salınacaq səkkizinci, doqquzuncu, on ikinci və on dördüncü partiyalar istisna olmaqla, bütün digər partiyalar Ceyhan terminalından yola salınıb.
Hazırda SOCAR özünün “Azeri Light” mənfəət nefti partiyalarının Ceyhan terminalından satışını həm tender əsasında, həm də İtaliya, İsrail, Hindistan, Tailand, ABŞ və digər ölkələrə birbaşa satış haqqında müqavilələr üzrə həyata keçirir. SOCAR nefti Ceyhan terminalından 2007-ci il mayın 2-də neft şirkəti ilə bağlanmış saziş əsasında Palmali gəmiçilik şirkətinin gəmiləri vasitəsilə birbaşa nəql olunur. Neftin satışı əsasən birbaşa müqavilərlər əsasında həyata keçirilir.
“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi üzrə müqavilə çərçivəsində hasil olunur və həmin müqavilədə SOCAR-ın payı 10% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında onların müqavilədəki iştirak payından asılı olaraq bölüşdürülür.
Hazırda SOCAR-la yanaşı “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları - Britaniyanın “BP” (34,1367%-operator), Amerikanın “Chevron” (10,2814%), “ExxonMobil” (8,0006%), “Devon Energy” (5,6262%) və “Amerada Hess” (2,7%), Yaponiyanın “Inpex Corp.”(10%) və “ITOCHU Oil” (3,9205%), Norveçin “Statoil” (8,5633%), Türkiyənin “TPAO” (6,75%) şirkətləridir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət