SOCAR şirkətinin “Neftqaztikinti” trestinin zavodunda asfalt istehsalı 2008-ci ilin may-oktyabr aylarında 3,5 mln. manat təşkil edib. Bu barədə şirkətin saytında yerləşdirilmiş məlumatda bildirilir.
“Zavod bu il mayın 16-da istismara verilib və fəaliyyət göstərdiyi 6 ay ərzində 3,5 mln. manat məbləğində 35 min ton asfalt istehsal olunub. Bu dövrdə zavodun gəlirləri 571 min manat təşkil edib. Asfalt istehsalı üzrə aylıq proqnoz 140% yerinə yetirilir”,-deyə məlumatda qeyd olunur. Zavodun gücü saatda 56 ton asfalt təşkil edir.
SOCAR-ın məlumatına görə, zavodun məhsulu ilk növbədə “Azneft” İstehsalat Birliyinin abadlaşdırılması və ehtiyaclarının ödənilməsinə sərf olunur. Bundan əlavə, zavodun istehsal etdiyi asfaltdan “Azneftyağ” və H.Əliyev adına emal zavodlarının, ayrı-ayrı NQÇİ-nin, həmçinin Bakının şəhər təsərrüfatının ehtiyacları üçün istifadə olunub.
Xəbər verildiyi kimi, zavodun bütün avadanlığı Ukraynadan gətirilib. Zavod kompleksinə istehsal olunan məhsulun keyfiyyətinə nəzarət üçün ən müasir avadanlıqla təchiz edilimiş laboratoriya da daxildir. Asfalta olan böyük tələbat “Bibi-Heybət” neft-qaz çıxarma idarəsinin ərazisinin neft çirklənməsindən təmizlənməsi və abadlıq işlərinin aparılması ilə əlaqədar yaranıb. Bundan əlavə, yaxın illərdə “Azneft” İstehsalat Birliyi mədən, həmçinin quyu, rezervuar və digər iri obyektlərə giriş yollarının inşasını planlaşdırır.
“Neftqaztikinti” trestinə Neft Daşları, Qum Adası, Jiloy və Pirallahı adalarında, həmçinin Səngəçalda yerləşən asfalt zavodları da məxsusdur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət