Estoniya “Nabucco” layihəsini Rusiya qazının Avropaya nəqlinə birinci alternativ hesab edir. Bu barədə Estoniyanın iqtisadiyyat və kommunikasiya naziri Yuhan Parts bildirib.
“Ukrayna və Rusiya arasında qaz mübahisəsi göstərdi ki, enerji resurslarının AB ölkələrinə alternativ nəqli imkanları lazımdır. Bununla əlaqədar “Nabucco” 1 nömrəli layihədir”,-deyə Y.Parts çərşənbə günü Bakıda mətbuat konfransında bildirib.
Onun fikrincə, bu layihənin reallaşması üzrə real addımların atılmasının vaxtı çatıb. “AB Estoniyanın da dəstəklədiyi bu layihəni daha aktiv şəkildə irəliyə doğru aparmalıdır”,-deyə o vurğulayıb.
“Nord Stream” layihəsinə toxunan nazir qeyd edib ki, bu, çox ciddi məsələdir və “Baltik ekologiyasının qorunması məsələsi bizi narahat edir”. Onun fikrincə, reallaşdırılması mümkün olan digər daha effektiv layihələr də var. “Baltik dənizi spesifikdir və onun ekologiyası ilə bağlı kompromiss ola bilməz. Estoniya ESPA konvensiyasına qoşulub. Konvensiyaya görə, Baltik dənizi ilə hər hansı boru kəmərinin inşası zamanı quruda alternativ marşrutlar nəzərə alınmalıdır”,-deyə o əlavə edib.
Y.Parts bununla əlaqədar AB-nin təklif etdiyi “Yamal” layihəsini iqtisadi baxımdan daha məqsədə uyğun hesab edir. Bu kəmər qismən Estoniya ərazisindən keçəcək. O qeyd edib ki, Estoniya hökuməti qazın bu sistem üzrə Avropaya tranziti üçün sıfır tarifini təqdim etməyə hazırdır.
“Karbohidrogenlərin tranziti ixracatçı və tranzit ölkələr, istehlakçılar arasında uzunmüddətli sazişlərin olması ilə tənzimlənə bilər”,-deyə o vurğulayıb.
Nazir deyib ki, Estoniya energetika sahəsində Azərbaycanla əməkdaşlığa AB-nin maraqları nöqteyi-nəzərindən baxır.“Bu gün Estoniya prezidenti (Tomas Hendrik İlves-İF) Azərbaycanın sənaye və energetika naziri ilə (Natiq Əliyev-İF) görüşüb. Görüş zamanı enerji əməkdaşlığı məsələsi müzakirə olunub. Hesab edirik ki, AB-nin enerji təminatında Azərbaycanın rolu genişlənəcək və bunun üçün kifayət qədər potensial, müvafiq layihələr var”,-deyə o bildirib.
“Nabucco” layihəsi Xəzər regionunu Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan vasitəsilə Avstriya və daha sonra Qərbi Avropa ölkələri ilə birləşdirən yeni qaz kəmərinin inşasını nəzərdə tutur. Kəmərin uzunluğu 3300 km, ötürmə qabiliyyəti sutkada 31 mlrd. kubmetrdir. Tikinti işləri 2009-cu ildə, ixrac isə 2012-ci ildə başlamalıdır. Layihənin iştirakçıları Türkiyənin BOTAS AS, Bolqarıstanın “Bulgargaz” Holding Ead, Macarıstanın MOL Plc, Avstriyanın OMV Gas & Power GmbH, Almaniyanın RWE AG və Rumıniyanın “Transgaz” S.A. şirkətləridir. Onların hər biri layihədə 16,67% iştirak payına malikdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət