İqtisadi İnkişaf Nazirliyi yanında işçi qrupu Korporativ İdarəetmə Məcəlləsinin birinci hissəsini hazırlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin Korporativ İdarəetmə Departamentinin direktoru Sənan Tapdıqov məlumat verib.
“Biz Korporativ İdarəetmə Məcəlləsinin birinci hissəsini hazırlamışıq. Bu Məcəllə 5 bölmədən ibarətdir. Bu bölmələr idarəetmə strukturu ilə bağlı məsələləri, o cümlədən Müşahidə Şurasının yaradılmasını və onun funksiyalarını, İdarə Heyəti sədrinin funksiyalarını, maliyyə hesabatının aparılmasını və onları nəşri ilə bağlı tövsiyələri, səhmdarların hüquqlarını və korporativ idarəetmənin rolunu nəzərdə tutur”, - deyə S.Tapdıqov bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda işçi qrupu Korporativ İdarəetmə Məcəlləsinin layihəsinin tam hazırlanmasını başa çatdıracaq və hökumətin ekspertizasına təqdim edəcək.
Lakin o, məcəllə layihəsinin neçə bölmədən ibarət olacağını dəqiqləşdirməyib.
Korporativ idarəetmə sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi üçün işçi qrupu yaradılıb. İşçi qrupunun tərkibinə İqtisadi İnkişaf, Ədliyyə nazirlikləri, Milli Bank, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan İnvestisiya Şirkəti və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət