2008-ci ildə Naxçıvan Muxtar Respublikasında (NMR) 300-ə yaxın yeni mənzil istismara verilib. Bu barədə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Şərur rayonunda çoxmənzilli yaşayış evinin istismara verilməsi mərasimində bəyan edib.
O qeyd edib ki, yeni çoxmənzilli evdə mənzillə buna ehtiyacı olan adamlar təmin olunacaq. “Bu gün həmçinin Azərbaycan Vətən Müharibəsi əlilləri və şəhid ailələri də fərdi evlərin orderini alacaqlar. Təkcə bir rayonda 26 mənzilli yaşayış evinin, 7 fərdi evin, şəhər və rayon kəndlərinin sakinlərinə xidmət edən dövlət təşkilatı üçün inzibati binanın istismara verilməsi dövlət tərəfindən əhaliyə və təşkilatlara göstərilən diqqətin nəticəsidir”,- deyə V.Talıbov bildirib.
Spiker belə tədbirlərin davam etdiriləcəyini vurğulayıb. “2008-ci ildə və 2009-cu ilin ilk günlərində 300-ə yaxın mənzil istismara verilib. Ötən dövr ərzində Azərbaycan Vətən Müharibəsi iştirakçıları, şəhid ailələri, əlillər üçün fərdi evlər, hərbi qulluqçuların ailələri, müəllimlər, həkimlər və dövlət işində çalışanlar üçün yaşayış evləri tikilərək istismara verilib. Baxmayaraq ki, Azərbaycan bazar iqtisadiyyatı yolunu tutub, 2009-cu il də əhalinin rifahının yaxşılaşmasına yönəlmiş proqramlarla başlayır. Bu, onu göstərir ki, ölkəmizdə insan amili yüksək qiymətləndirilir”,- deyə V.Talıbov qeyd edib.
O, yeni mənzillərə köçənləri təbrik edib, sonra mənzillərin orderləri verilib.
Şərur rayonunun müxtəlif kəndlərində 5 Azərbaycan Vətən Müharibəsi əlili, şəhid və bir əlil ailəsi yeni fərdi evlərin orderlərini alıblar. Dördmərtəbəli 26 mənzilli evdə iki birotaqlı, bir üçotaqlı və 23 ikiotaqlı mənzillər var. Bütün mənzillərdə müasir kommunal şərait mövcuddur.
Həmin gün Şərur rayon elektrik şəbəkəsinin yeni ikimərtəbəli inzibati binasının açılışı olub. Bina lazımi avadanlıqla təchiz olunub, yeməkxana və avtonom istilik sisteminə malikdir. Bundan başqa, rayon Elektrik Şəbəkəsi İdarəsinə “Jiqulu VAZ-2107” markalı yeni xidməti maşının açarları verilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət