2008-ci ildə Bakı telefon şəbəkəsinin inkişafına investisiya qoyuluşları 2007-ci illə müqayisədə 24,9% - 10 mln. 205,6 min manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Bakı telefon şəbəkəsi” İstehsalat Birliyindən məlumat verilib.
“2008-ci ildə paytaxt telefon şəbəkəsinin inkişafına 10 mln. 205,6 min manat yönəldilib ki, bu da proqnozlaşdırılan səviyyədən 57% çoxdur. Ötən il görülmüş işlər nəticəsində Bakı şəhəri üzrə telefon şəbəkəsinin elektronlaşdırılma səviyyəsi 85,5%-ə çatıb. 2009-cu il yanvarın 1-nə olan vəziyyət üzrə Bakı şəhərində hər 100 nəfərə 35 telefon aparatı düşür”, - deyə İB-dən bildirilib.
2009-cu ildə paytaxt ATS-nin elektronlaşdırılma prosesinin tam başa çatdırılması planlaşdırılır.
“Bunun üçün Bakıda ümumi nömrə tutumu 80 min olan 12 ATS-in yenidən qurulması nəzərdə tutulur. Bu, əsasən 471, 472, 474, 475, 476, 470 və 438, 439, 494, 495, 493, 498 indeksli analoji ATS-dir", - deyə birlikdən qeyd edilib.
Bundan əlavə, 2009-cu ilin ikinci rübündə CDMA taksofonlarının alınması planlaşdırılır. Bakı rayonlarında onların quraşdırılması cari ilin sonuna kimi başa çatacaq .
“Bakı telefon şəbəkəsi” İB 100% dövlətə məxsusdur. Müəssisə Bakı şəhəri üzrə bütün növ telefon və radio rabitə xidmətləri göstərir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət