21 fiziki şəxs sığorta agenti kimi fəaliyyət göstərmək məqsədilə lisenziya almaq üçün Maliyyə Nazirliyinin attestasiyasından keçib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
"Maliyyə Nazirliyi fevralın 4-6-da sığorta agenti kimi fəaliyyət göstərmək məqsədilə lisenziya almaqda maraqlı olan şəxslər üçün test imtahanları keçirib. İmtahanlarda 105 nəfər iştirak edib. Təklif olunmuş 100 sualdan 70-dən çoxuna düzgün cavab verən 21 nəfər attestasiyadan keçib və sığorta agenti kimi fəaliyyət lisenziyası almaq hüququna malikdir", - deyə nazirliyin nümayəndəsi bildirib. O əlavə edib ki, Maliyyə Nazirliyi sığorta agentləri üçün attestasiyanın keçirilməsi prosesini davam etdirməyi planlaşdırır.
Xəbər verildiyi kimi, “Sığorta fəaliyyəti haqqında” qanunun 83.2.2-ci maddəsinə əsasən, sığorta agentlərinin fəaliyyəti lisenziyalaşdırılmalıdır. 2009-cu il martın 15-dən etibarən yalnız lisenziyası olan fiziki şəxslər agent fəaliyyəti ilə məşğul ola biləcəklər.
Test imtahanı “Sığorta təşkilatlarında rəhbər vəzifələrə namizədlər və sığorta sahəsində vasitəçilik fəaliyyəti məqsədilə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın keçirilməsi qaydaları”na uyğun olaraq keçirilib.
Sığorta agenti kimi fəaliyyət göstərmək üçün lisenziyaya görə dövlət rüsumu hüquqi şəxslər üçün min manat, fiziki şəxslər üçün 200 manat təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət