Polşanın “Lotos” Dövlət Neft Şirkəti və Azərbaycanın SOCAR şirkəti arasında əməkdaşlıq haqqında sənəd layihəsi hazırlanıb. Bu barədə Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski bildirib.
“Bu, əməkdaşlıq haqqında bəyannamədir. İndiki anda bu sənədin imzalanacağı yerin müəyyən edilməsi üzərində işləyirik”,-deyə diplomat “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Polşa və Azərbaycan arasında enerji əməkdaşlığının perspektivlərindən danışan səfir bu qarşılıqlı fəaliyyətin davam etdiriləcəyinə əmin olduğunu bildirib.
“Əminəm ki, biz məqsədi neftin və qazın Avropaya nəqlinin diversifikasiyasından ibarət olan əməkdaşlığı davam etdirəcəyik. Son həftələrin hadisələri göstərdi ki, bu vacibdir. Burada siyasi iradə, Azərbaycanın və Xəzər hövzəsinin digər ölkələrinin də malik olduqları imkanlar var”,-deyə diplomat vurğulayıb.
Polşa şirkətlərinin Azərbaycanda iri neft-qaz kompleksinin yaradılmasında iştirak imkanlarını şərh edən K.Krayevski deyib ki, “mənə elə gəlir ki, bu məsələni iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komisiya çərçivəsində müzakirə etmək lazımdır”. “Biz bu iclasın cari ilin birinci yarısında Varşavada keçirilməsini planlaşdırırıq. İndi Azərbaycandan bu komissiyaya kimin həmsədr təyin olunacağı barədə məlumat gözləyirik. Biz öz tərəfimizdən artıq hazırıq və dəvət göndərmişik. Bu iclas çərçivəsində, əlbəttə ki, əgər Azərbaycan bu layihəni müzakirəyə təqdim etməyə hazır olarsa, bu təklifi müzakirə etmək olardı”,-deyə səfir bildirib.
Müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış olmaq olar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət