Cümə günü neftin qiyməti ABŞ-da fond indekslərinin artımı fonunda bahalaşır. İndekslərin artımı hökumətin istehlakçılara yardımı artıracağı və yaşayış bazarına dəstək proqramını elan edəcəyi gözləntisilə artır. Bu barədə “Bloomberg” agentliyi məlumat verib.
Cümə günü səhər Hyu-Yorkun əmtəə birjasındakı elektron hərracda (NYMEX) mart ayına olan fyuçers müqavilələrində WTI markalı neftin bir barelinin qiyməti $1,9 bahalaşaraq bir barel üçün $34,61 təşkil edib.
ABŞ prezidenti Barak Obama və maliyyə naziri Timoti Qaytner yaxın günlərdə ABŞ-da yaşayış bazarına dəstək planını açıqlayacaqlar. Bu barədə “Bloomberg” agentliyinə ABŞ administrasiyasındakı mənbə məlumat verib. Proqram maliyyə çətinlikləri çəkən ev sahiblərinə ipoteka kreditləri dərəcələrinin azaldılması üçün dövlət büdcəsinin vəsaitlərindən istifadə edəcək.
Cümə axşamı WTI-ya olan mart müqaviləsinin qiyməti $1,96 (5,5%) bahalaşaraq bir barelə görə $33,98 təşkil edib. Bu 2008-ci il dekabrın 18-dən hərraclar bağlanarkən qeydə alınan ən aşağı qiymətdir. Həftə ərzində WTI qiyməti 14%, cari ilin əvvəlindən 22% aşağı düşüb.
Neft cümə axşamı tələbatın ixtisarı fonunda ehtiyatların artacağı qorxusu ilə əlaqədar ucuzlaşıb. Son 20 həftənin 18 həftəsində ABŞ-da neftin kommersiya ehtiyatları artıb. Ölkənin Energetika Nazirliyinin məlumatına görə, ehtiyatlar 2007-ci ilin iyulundan bu tərəfə ən yüksək səviyyəyə çatıblar.
“Wood Mackenzie” şirkətinin analitiklərinin iddiasına görə, neftin dünya istehlakı resessiyasının dərinləşməsi ilə əlaqədar olaraq 2009-cu ildə sutkada 1,5 mln. barel (1,7%) azalaraq 84,3 mln. barel təşkil edəcək. Beynəlxalq Enerji Agentliyi (BEA) çərşənbə günü 2009-cu il üçün neftə olan dünya tələbatının qiymətləndirilməsini əvvəlki proqnozuna nisbətən sutkada 570 min barel azaldıb. BEA cari ildə dünya tələbatının sutkada 84,7 mln. barel (2008-ci ilə nisbətən sutkada 1 mln. barel (1,1%) az) təşkil edəcəyini gözləyir.
“Neft istehlakı kəskin şəkildə azalıb. ABŞ-ın bəzi regionlarında xeyli kommersiya ehtiyatları var. Biz əvvəl bu ehtiyatları sərf etməliyik. Lakin istehlakın bu cür aşağı səviyyəsi fonunda buna vaxt tələb olunacaq”,- deyə “Commonwealth Bank”ın nümayəndəsi Devid Mur bəyan edib.
Cümə axşamı “WTI” və “Brent”in fyuçers müqavilələri arasındakı qiymət fərqi Oklahoma ştatındakı Kuşinq terminalında ehtiyatların artımı fonunda bir barel üçün rekord səviyyəyə - 10,67 dollara çatıb.
CME Globex (NYMEX) elektron sistemində Rusiyanın “Rebco” markalı neftinin mart ayı üzrə kotirovkaları fevralın 12-də $0,81 (1,8%) bahalaşaraq bir bareli $44,63 təşkil edib.
Londonun ICE Futures birjasında “Brent” markalı neftin mart üzrə fyuçers müqavilələrində qiyməti $0, 37 (0,8%) bahalaşaraq 1 bareli $44,65 təşkil edib.
Cümə axşamı Rusiyanın “Urals” markalı neftinə olan (c.i.f. Aralıq dənizi limanlarında) spot müqavilələrinin qiyməti 1 barel üçün $44,28 olub ki, bu da ötən gündəki spot qiymətdən $0,79 çoxdur.
Qərbi Avropa limanlarından satılmaq üçün Rusiyadan ixraç olunan neftin (Urals c.i.f. A.-Q. Avropa) 1 bareli $44,54 (+$0,78), Siberian Light (c.i.f. A.–Q.Avropa) 1 bareli $45,89 (+$0,8) olub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət