“Azərbaycan İnvestisiya Şirkəti”nin (AİŞ) aktivləri 2007-ci ildə 2006-cı ilə nisbətən 4% - 93,412 mln. manata qədər artıb. Bu barədə “Ernst & Young”ın maliyyə rəyində məlumat verilir. Rəy investisiya şirkətinin saytında yerləşdirilib.
“Ernst & Young” AİŞ-in beynəlxalq standartlar üzrə fəaliyyəti haqqında ilk auditor rəyini verib. Maliyyə hesabatına əsasən, 2007-ci il ərzində AİŞ-in aktivlər strukturunda 25,447 mln. manat pul vəsaitlərinin, 53,5 mln.manat (artım 84,5%) banklardakı depozitlərin, 14,294 mln. manat (2006-cı ildə həyata keçirilməyib - İF) şirkətlərə qoyulan investisiyaların payına düşüb.
2008-ci il yanvarın 1-i üçün AİŞ-in öhdəlikləri 354 min manat (artım 10 dəfə), məcmu kapitalı 93,058 mln. manat (artım 3,7%), o cümlədən bölüşdürülməyən mənfəəti 3,058 mln. manat (2006-cı ildə zərər 259 min manat olub - İF) təşkil edib.
2007-ci ildə AİŞ-in gəlirləri 5,424 mln. manat (artım 11,9 dəfə), xərcləri 1,156 mln. manat (artım 47,6%), vergidən əvvəlki mənfəəti 4,268 mln. manat, xalis mənfəəti 3,317 mln. manat təşkil edib. 2007-ci ildən xalis mənfəətdən 259 min manat məbləğində vəsait 2006-cı il ərzindəki zərərin ödənilməsinə yönəldilib.
“Azərbaycan İnvestisiya Şirkəti” SC prezident İlham Əliyevin 30 mart 2006-cı il tarixli fərmanı ilə yaradılıb. Şirkətin nizamnamə kapitalı 90 mln. manatdır. Onun bütün səhmləri dövlətə məxsusdur. SC-nin əsas vəzifəsi qeyri-neft sektorunda fəaliyyət göstərən kommersiya şirkətləri və ayrı-ayrı SC-də pay almaqla onlara uzunmüddətli sərmayə qoyuluşları həyata keçirməkdir. Hazırda şirkət bir sıra layihələr həyata keçirir. Onlara yatırılan sərmayənin həcmi 55 mln. manat təşkil edir. Şirkətin tərəfdaşları bu layihələrin reallaşdırılmasına 600 mln. manat yatıracaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət